Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan Cüdo Federasiyası Nazim Hüseynovu təbrik edib

02-08-2019

Bu gün Azərbaycan Cüdo Federasiyasında (ACF) olimpiya çempionu, milli komandamızın məşqçisi Nazim Hüseynovla görüş olub. ACF-in baş katibi Elmar Babanlı təcrübəli mütəxəssisi 50 yaşı tamam olması münasibəti ilə təbrik edib. Baş katib federasiyanın rəhbərliyi və ölkə cüdo ictimaiyyətinin adından onu təbrik edib, cansağlığı, uzun ömür, Azərbaycan idmanının inkişafında yeni-yeni nailiyyətlər arzulayıb. Daha sonra ACF-in xüsusi hədiyyəsi yubilyara təqdim edilib. Nazim Hüseynov təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirib. Qeyd edək ki, Nazim Hüseynov dünyanın tanınmış cüdoçularından biri olaraq azarkeşlərin yaddaşında dərin iz buraxmış və onların sevimlisinə çevrilib. Barselona Olimpiadasının qalibi olaraq müstəqil Azərbaycanın ilk Olimpiya çempionu kimi tarixə düşüb. Dəfələrlə nüfuzlu yarışların qalib və mükafatçısı Nazim Hüseynov Azərbaycan cüdosunun inkişaf etməsi və dünya miqyasında tanınması istiqamətində mühüm xidmətlər göstərib.