Gün
Saat
Dəqiqə
Saniyə
Masallı Olimpiya Kompleksində kütləvi idman bayramı keçirilib

24-08-2019

Azərbaycandakı Olimpiya İdman Komplekslərinə cəlb olunan uşaq və yeniyetmələr idman federasiyaları tərəfindən pulsuz məşqçilik xidməti, geyim və ləvazimatlarla təmin olunub. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən bu təşəbbüsə Azərbaycan Cüdo Federasiyası da qoşulub. Növbəti kütləvi idman bayramı Masallı Olimpiya İdman Kompleksində keçirilib. Tədbirin əvvəlində rayon cüdoçularınım nümunəvi çıxışları təqdim olunub. İdman bayramında Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, millət vəkilləri, Masallı rayon rəhbərliyi və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər tədbirin əhəmiyyətindən, həmçinin ölkəmizdə idman sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən danışıblar.
Bildirilib ki, bu gün Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin qayğısı sayəsində ölkədə idman və bədən tərbiyəsi sahəsində sürətli inkişaf prosesi gedib, böyük uğurlar əldə edilib. Bakıda və bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, xeyli sayda idman qurğuları, stadionlar və digər idman meydançaları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub.
Çıxışlarda qeyd olunub ki, bu cür kütləvi idman tədbirləri uşaqların idmana olan marağını artırır, fiziki və mənəvi sağlamlığını təmin edir.
Bayram tədbirinin sonunda tamaşaçılara tanınmış müğənnilərin ifalarından ibarət konsert proqramı təqdim olunub.
Azərbaycan Cüdo Federasiyası tərəfindən rayon idmançılarına məşq üçün tatamilər və cüdoqilər təqdim olunub.