Gün
Saat
Dəqiqə
Saniyə
Tokio mundialı davam edir

29-08-2019

Tokioda keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Avqustun 29-da iki cüdoşumuz tatami üzərinə çıxıb. Kişilərin yarışında 90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev ilk üç qarşılaşmada Çex Respublikası, Mavriki, Türkiyə cüdoçularını məğlub edərək 1/4 finala çıxıb. Bu mərhələdə Serbiya təmsilçisinə uduzan idmançımız təsəlliverici görüşə qatılıb. Fransalı Axel Klargetə məğlub olan Məmmədəli Mehdiyev dünya çempionatında 7-ci yeri tutub. Qadın cüdoçumuz Günel Həsənli (-70 kq) ilk görüşdə uduzaraq mundialda mübarizəni dayandırıb.  Avqustun 30-da daha 2 cüdoçumuz  Elmar Qasımov və Zelim Kotsoyev Yaponiya paytaxtında yarışlara qoşulacaq.