Gün
Saat
Dəqiqə
Saniyə
Cüdo millimiz dünya çempionatının komanda yarışlarında 5-ci yeri tutub

01-09-2019

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışları keçirilib. Azərbaycan millisi ilk görüşünü güclü Portuqaliya yığmasına qarşı keçirib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda cüdoçularımız 4:3 hesabı ilə qələbə qazanıblar. 1/4 finalda Braziliya komandasına uduzan millimiz təsəlliverici görüşdə Koreya yığmasını məğlub edərək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Rusiya cüdoçuları ilə mübarizədən məğlub ayrılan milli komandamız Tokio mundialında 5-ci yeri tutub.