Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçusu dünya birinciliyinin bürünc medalına sahib olub

27-09-2019

Qazaxıstanda yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir. Yarışların üçüncü günü Azərbaycan millisinin üzvü Vüqar Talıbov bürünc medal qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Luicci Centraçioya qalib gəlib. Bu millimizin Almatı şəhərində qazandığı 2-ci medaldır. Xatırladaq ki, dünən Kamran Süleymanov gümüş medala sahib olub. Qeyd edək ki, Qazaxıstanda keçirilən dünya birinciliyində 61 ölkədən 463 cüdoçu mübarizə aparır.