Gün
Saat
Dəqiqə
Saniyə
Usta cüdoçularımızdan dünya çempionatında daha 2 medal

12-10-2019

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatının 3-cü günü də Azərbaycan millisi üçün uğurlu olub. Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu Mübariz Cəfərov M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Mübariz Fransa, Rusiya, Portuqaliya və Gürcüstandan olan rəqiblərini məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada Fransa təmsilçisi Cimmi Kadosa qalib gələn cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. M-5 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində yarışan həmyerlimiz Müşfiq Cəfərov dünya çempionatının bürünc medalına layiq görülüb. Bu Azərbaycan millisinin Mərakeşdə qazandığı 4-cü medal olub. Qeyd edək ki, əvvəlki yarış günlərində Fərhad Rəcəbli və Məmməd Məmmədov mundialda 1-ci yeri tutublar.

Usta cüdoçularımızdan dünya çempionatında daha 2 medal
Usta cüdoçularımızdan dünya çempionatında daha 2 medal
Usta cüdoçularımızdan dünya çempionatında daha 2 medal