Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçumuz Avropa kubokunda bürünc medal qazanıb

12-10-2019

Estoniyada cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib. Beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Aleksandra-Larisa Florian bürünc medal qazanıb. Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan millimizin rumın legioneri yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Florian bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi Nora Bannenberqə qalib gəlib. Qeyd edək ki, Tokio Olimpiadasına lisenziya xalları verən Tallin turnirində 35 ölkədən 292 cüdoçu yarışır.