Gün
Saat
Dəqiqə
Saniyə
Naxçıvanda keçirilən cüdo yarışının qalibləri məlum olub

19-10-2019

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında birincilik keçirilib. İki yaş qrupunda təşkil olunan yarışda yeniyetmə cüdoçular medallar uğrunda yarışıblar.
U-15 komandaların mübarizəsində 71, U-18 komandalarının yarışında isə 50 cüdoçu iştirak edib.
U-15 yeniyetmələr arasında yarışda Naxçıvan şəhər komandasının cüdoçuları daha yaxşı nəticə göstərərək birinci olublar. İkinci yerə Culfa komandasının təmsilçiləri sahib çıxıb. Şərur komandasının cüdoçuları isə üçüncü olub.
U-18 yeniyetmələr arasında mübarizədə Culfa komandası birinci, Naxçıvan komandası ikinci, Naxçıvan Hərbi Liseyi isə üçüncü olub.
Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.