Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçusu Avropa birinciliyinin gümüş medalını qazanıb

01-11-2019

Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında Avropa birinciliyinə start verilib.
Yarışın ilk günü Azərbaycan milli komandası aktivinə bir medal yazdırıb. 66 kq çəki dərəcəsində mübarizə aparan gənc cüdoçumuz Nurlan Osmanov Belarus, Macarıstan, İsveçrə və İtaliyadan olan rəqiblərini məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada meydan sahibi, rusiyalı Murad Çopanova uduzan Nurlan qitə birinciliyinin gümüş medalını qazanıb.
Qeyd edək ki, 33 ölkədən 235 idmançının (135 kişi, 100 qadın) yarışdığı mötəbər birincilikdə Azərbaycan millisi 9 cüdoçu ilə təmsil olunur.