Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçusu Avropa çempionu olub

02-11-2019

Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyi davam edir. Yarışın ikinci günü Azərbaycan millisinin üzvü Rəşid Məmmədəliyev bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.
73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz bolqarıstanlı Rumen Radev, monteneqrolu Marko Quşiç, almaniyalı Şamil Zavbatırov və moldovalı Petru Pelivanı üstələyərək finalda rusiyalı Ayub Xajaliyevlə qarşılaşıb. Rəşid Məmmədəliyev güclü rəqibi üzərində təmiz qələbə qazanaraq karyerasında ilk dəfə Avropa çempionu olub.
Qeyd edək ki, ilk yarış günündə Nurlan Osmanov 66 kq çəkidə gümüş medala layiq görülüb. Avropa birinciliyinə noyabrın 3-də yekun vurulacaq.

Azərbaycan cüdoçusu Avropa çempionu olub
Azərbaycan cüdoçusu Avropa çempionu olub
Azərbaycan cüdoçusu Avropa çempionu olub
Azərbaycan cüdoçusu Avropa çempionu olub