Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycanlı hakim Avropa birinciliyinin görüşlərini idarə edib

04-11-2019

Xəbər verdiyimiz kimi, Rusiyada gənc cüdoçular arasında Avropa birinciliyi keçirilib. Mötəbər çempionatda Azərbaycan cüdoçuları uğurla çıxış edərək 1 qızıl və 1 gümüş medal qazanıblar. İjevsk şəhərində baş tutan 23 yaşadək cüdoçular arasında Avropa birinciliyində azərbaycanlı hakim də yarışı idarə edən ədalət təmsilçiləri arasında yer alıb. Beynəlxalq dərəcəli hakim Nazim Umbayev qitə çempionatında ədalət təmsilçisi olub. Avropa birinciliyinin 2 final görüşü və bir neçə prinsipial qarşılaşması referimizə həvalə edilib.

Azərbaycanlı hakim Avropa birinciliyinin görüşlərini idarə edib
Azərbaycanlı hakim Avropa birinciliyinin görüşlərini idarə edib
Azərbaycanlı hakim Avropa birinciliyinin görüşlərini idarə edib