Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçumuz Murad Fətiyev "OKEANİYA OPEN" turnirində bürünc medala sahib olub

04-11-2019

Avstraliyanın Pert şəhərində cüdo üzrə Okeniya açıq turnirində Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. Beynəlxalq yarışın ikinci günü cüdoçumuz Murad Fətiyev bürünc medala sahib olub. 81 kq çəki dərəcəsində mübarizə aparan Murad bürünc medal uğrunda görüşdə İtaliya təmsilçisi Andrea Reqisə qalib gələrək "Okeaniya Open" turnirində 3-cü yeri tutub. Qeyd edək ki, Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparıb. Ölkəmiz beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunub. Xatırladaq ki, Turnirin ilk günü Nicat Şıxəlizadə komandamıza gümüş medal qazandırıb. Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Okeaniya açıq turnirində uğur əldə edən Nicat Şıxəlizadə və Murad Fətiyev aktivinə vacib xallar yazdırıblar.

Cüdoçumuz Murad Fətiyev "OKEANİYA OPEN" turnirində bürünc medala sahib olub
Cüdoçumuz Murad Fətiyev "OKEANİYA OPEN" turnirində bürünc medala sahib olub