Gün
Saat
Dəqiqə
Saniyə
İrina Kindzerska Dneprdə yenə birinci oldu

09-11-2019

Cüdo üzrə Açıq Mütləq Ukrayna çempionatı başa çatıb. Dnepr şəhərində keçirilən yarışda Azərbaycan idmançıları da iştirak edib.
Ağır çəkili qadın cüdoçular arasında Ukraynanın mütləq çempionunu müəyyənləşdirmək üçün yarışan təmsilçimiz İrina Kindzerska vətənində yenilməz olub. Qrupdakı üç görüşünü qələbə ilə başa vuran Kindzerska əvvəl yarımfinalda Qalina Tarasova, daha sonra finalda Yelizaveta Kalaninanı məğlub edərək ardıcıl üçüncü dəfə Ukraynanın mütləq çempionu olub.
Qeyd edək ki, bu nəticəyə görə İrina Kindzerska 5 min dollar mükafat alıb.

İrina Kindzerska Dneprdə yenə birinci oldu
İrina Kindzerska Dneprdə yenə birinci oldu