Gün
Saat
Dəqiqə
Saniyə
CÜDO TV təqdim edir: Tovuzda idman bayramı - VİDEO

28-11-2019

Xəbər verdiyimiz kimi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Tovuz Olimpiya İdman Kompleksində yeniyetmələr arasında iki cüdo yarışı keçirilib. Həm XII respublika oyunları çərçivəsində baş tutan cüdo turniri, həm də "Federasiya kuboku" uğrunda təşkil olunan komanda yarışı böyük maraq doğurub. 3 gün ərzində keçirilən birinciliklərdə 29 klubdan 136 oğlan və 45 qız cüdoçu mübarizə aparıb. "Federasiya kuboku" turnirində isə Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Zaqatala, Mingəçevir, Şəmkir, Masallı, İsmayıllı, Qusar, Qəbələ, Şamaxı, Lənkəran, Ağsu və digər bölgələrin cüdoçuları 12 komanda heyətində medallar uğrunda mübarizə aparıblar. Bakı komandası bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. Sumqayıt cüdoçuları gümüş, Şimal-Qərb komandası isə bürünc medal qazanıb. Qaliblərə kubok və medallar, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin diplomları təqdim olunub. "CÜDO TV"nin Tovuz turnirlərindən hazırladığı videomaterialı sizə təqdim edirik: