Gün
Saat
Dəqiqə
Saniyə
Yeniyetmə cüdoçularımız beynəlxalq turnirdə 3 medal qazanıblar

09-12-2019

Rusiyanın Sosnovıy Bor şəhərində keçirilən cüdo üzrə ənənəvi beynəlxalq turnirdə fərdi yarışlara start verilib. Qeyd edək ki, 27-ci dəfə təşkil olunan yarışda Almaniya, Rusiya, Yunanıstan, Gürcüstan, Belarus cüdoçuları ilə yanaşı Azərbaycanın yeniyetmələrdən ibarət komandasının bəzi üzvləri də mübarizə aparır. Beynəlxalq turnirin ikinci günü Aydın Rzayev (60 kq), Emin Həsənov (46 kq), Süleyman Əliyev (66 kq) müvafiq surətdə qızıl, gümüş və bürünc medal qazanıblar. Xatırladaq ki, Azərbaycan millisi Rusiya turnirinin komanda yarışlarının da gümüş medallarını qazanıb.

Yeniyetmə cüdoçularımız beynəlxalq turnirdə 3 medal qazanıblar
Yeniyetmə cüdoçularımız beynəlxalq turnirdə 3 medal qazanıblar
Yeniyetmə cüdoçularımız beynəlxalq turnirdə 3 medal qazanıblar