Gün
Saat
Dəqiqə
Saniyə
Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

12-12-2019

Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il ötür. Xalqımız dahi rəhbərin nurlu xatirəsini unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir. Azərbaycan Cüdo Federasiyasının kollektivi, cüdo ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.