Gün
Saat
Dəqiqə
Saniyə
Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb

27-12-2019

Azərbaycanda bədən tərbiyyəsi və idman sahəsi üzrə 2019-cu ilin ən yaxşıları açıqlanıb. Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasında keçirilən tədbirdə idman ictimaiyyətinin nümayəndələri, nazirlər, jurnalistlər, olimpiya, dünya və Avropa çempionları iştirak ediblər.
Mərasimdə Azərbaycan Cüdo Federasiyasının fəaliyyəti yüksək qiymətləndirilib və "İlin Ən Yaxşı Federasiyası" mükafatına layiq görülüb.
Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev mükafatı Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlıya təqdim edib. Milli komandamızın üzvü Rüstəm Orucov ilin ən yaxşı idmançıları sırasında yer alıb. Beynəlxalq dərəcəli cüdo referisi Fariz Hüseynov isə "İlin Ən Yaxşı Hakimi" mükafatına layiq görülüb.

Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb