Gün
Saat
Dəqiqə
Saniyə
"CÜDO TV" təqdim edir: Azərbaycan cüdosu 2019-cu ildə

01-01-2020

2019-cu il Azərbaycan cüdosu üçün əlamətdar hadisələr və nailiyyətlərlə yadda qalıb. Cüdoçularımız iştirak etdikləri beynəlxalq yarışlarda 159 medal qazanıblar. Bunlardan 40-ı qızıl, 46-sı gümüş, 73-ü isə bürünc olub. Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən "Böyük Dəbilqə" yarışında dünyanın ən güclü cüdoçuları mübarizə aparıb və tanınmış idman mütəxəssisləri beynəlxalq turnirin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Bu il yeniyetmə və gənc cüdoçularımızın da parlaq qələbələri diqqət çəkib. Yeniyetmələrin Olimpiya Festivalında qazanılan 2 qızıl, 1 gümüş və 3 bürünc medal cüdomuzun inamlı gələcəyindən xəbər verir. "CÜDO TV"nin ötən il ərzində idmançılarımızın qazandıqları uğurlardan, Azərbaycan Cüdo Federasiyasının gördüyü işlərdən hazırladığı videomaterialı sizə təqdim edirik.