Gün
Saat
Dəqiqə
Saniyə
Cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etdilər

20-01-2020

1990-cı il qanlı Yanvar faciəsindən 30 il ötür. Buna baxmayaraq, həmin tarix xalqımızın qan yaddaşına əbədi həkk olunub. Şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmək üçün hər il insan axını Şəhidlər xiyabanına üz tutur. Bu il də yüz minlərlə insan şəhidlərimizi yad etdi.
Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi və kollektivi də Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsini ehtiramla yad etdilər. Məşqçilər, idmançılar, eləcə də cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoydular.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!