Gün
Saat
Dəqiqə
Saniyə
Bakı şəhər birinciliyinin bütün qalibləri məlum olub

29-01-2020

Fövqaladə Hallar Nazirliyinin Hövsanda yerləşən Olimpiya İdman Mərkəzində 13 yaşadək cüdoçular arasında Bakı şəhər birinciliyi başa çatıb. Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 718 cüdoçu mübarizə aparıb. Paytaxtın 62 klubunu təmsil edən kiçik yaşlı cüdoçular qalib adı uğrunda yarışıblar. Birinciliyin ikinci günü oğlan və qızlar arasında 4 çəki dərəcələrində mükafatçılar müəyyənləşib. Qalibləri sizə təqdim edirik:

-27 kq Məmmədli Fərid
-34 kq Həsənoğlu Ömər
-42 kq Ələkbərov Ayxan
-50 kq Zeynalov Şahin
Qızlar
-25 kq Abdullayeva Fatimə
-32 kq Eyvazlı Könül
-40 kq Əliyeva Ayan
-48 kq Bayramlı Mələk

Mükafatçılara diplom və medallar təqdim olunub. Yarış barədə daha ətraflı məlumatlarla ippon.az saytında tanış ola bilərsiniz. Qeyd edək ki, şəhər birinciliyinin görüşləri ippon.az/tv saytında canlı yayımlanıb.