Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan Cüdo Federasiyası "Zəfər" Beynəlxalq İdman Mükafatına layiq görülüb

31-01-2020

"Marriott" otelində "Zəfər" Beynəlxalq İdman Mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, olimpiya, dünya və Avropa çempionları iştirak ediblər. Mərasimdə Azərbaycan Cüdo Federasiyası 2019-cu ildəki yüksək fəaliyyətinə görə qiymətləndirilərək "İlin federasiyası" nominasiyasının qalibi elan olunub.  "Zəfər" beynəlxalq idman mükafatı Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlıya təqdim edilib.