Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçularımız Parisdə beynəlxalq təlim-məşq toplantısında olublar

13-02-2020

Gələcək beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə milli komandamızın üzvləri Paris şəhərində təlim-məşq toplantısında olublar. Fransa paytaxtında baş tutan beynəlxalq təlim-məşq toplantısında aparıcı cüdoçularımız iştirak ediblər. Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları qatılıb. Ümumilikdə Paris toplantısında 80 ölkədən 700-dən çox cüdoçu iştirak edib. Qeyd edək ki, cüdoçularımız fevral və mart aylarında Almaniya, Mərakeş, Gürcüstan və Türkiyədə keçiriləcək beynəlxalq yarışlarda mübarizə aparacaqlar.