Gün
Saat
Dəqiqə
Saniyə
Xocalı soyqırımının törədilməsindən 28 il ötür

26-02-2020

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər.  Bu faciədən 28 il ötür. Həmin kütləvi qırğın  zamanı dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralananlardan 76-sı uşaq idi. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil.

Bu gün Azərbaycan Cüdo Federasiyasının kollektivi Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı” abidəsini ziyarət etdi. Abidənin önünə tər güllər düzüldü, faciə qurbanlarının xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu.

Xocalı soyqırımının törədilməsindən 28 il ötür
Xocalı soyqırımının törədilməsindən 28 il ötür
Xocalı soyqırımının törədilməsindən 28 il ötür
Xocalı soyqırımının törədilməsindən 28 il ötür