Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdoçuları Polşada 3 medala sahib olublar

01-03-2020

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb.
Beynəlxalq turnirdə mübarizə aparan Azərbaycan cüdoçuları üç medal qazanıblar. Kişilər arasında 90 kiloqram çəki dərəcəsində yarışan Rüfət İsmayılov və ən ağır çəkidə mübarizə aparan Şahin Qəhrəmanov (+100 kq) yalnız final qarşılaşmasında uduzaraq gümüş medala layiq görülüblər. Komandamızın digər üzvü Yaşar Nəcəfov (-60 kq) Avropa kubokunun bürünc medalına sahib olub. Qeyd edək ki, Varşava turnirində 40 ölkədən 407 cüdoçu yarışıb.

Azərbaycan cüdoçuları Polşada 3 medala sahib olublar
Azərbaycan cüdoçuları Polşada 3 medala sahib olublar
Azərbaycan cüdoçuları Polşada 3 medala sahib olublar