Gün
Saat
Dəqiqə
Saniyə
Novruz Bayramınız Mübarək!

20-03-2020

Dəyərli dostlar! Əziz cüdosevərlər!
Sizi yazın gəlişini müjdələyən Novruz Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, xoş əhval-ruhiyyə, bol ruzi və xeyr-bərəkət arzulayırıq! Novruz bayramı, eyni zamanda özünəməxsus adət-ənənələri ilə seçilir. Bu günlərdə küsülülər barışır, böyüklər ziyarət edilir, hamı bayram sevinci yaşayır. Novruz həm də insanların ovqatına yenilik, təravət gətirir. Novruz yeni ümidlər, oyanış, yüksəliş bayramıdır.
Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi və kollektivi sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər kəsə bahar ovqatı, cansağlığı və səadət arzulayır.
Qoy, bu bayram təravəti, nəfəsi ilə qəlbinizi isitsin, günəşli yolunuza nur saçsın. Bir daha hər birinizi təbrik edir, növbəti bayramları öz doğma yurdumuzda, dədə-baba torpaqlarında keçirməyi arzulayırıq! Bayramınız mübarək!