Gün
Saat
Dəqiqə
Saniyə
ZƏFƏR BİZİMLƏDİR - VİDEO

23-07-2020

Azərbaycan cüdoçuları indiyədək Ermənistan təmsilçiləri üzərində bir çox mötəbər yarışda qələbələr qazanıblar.
Onlardan ən diqqətçəkəni 2009-cu ildə Yerevanda gənclərin Avropa çempionatı zamanı Elmar Qasımovun (100 kq) qızıl medal qazanaraq, Azərbaycan himnini səsləndirməsi və bayrağımızı ucaltması olub.
Digər cüdoçulardan Rüstəm Orucov (73 kq) 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarının 1/4 finalında və Düsseldorfda baş tutan "Grand Slam" yarışında Ferdinand Karapetyanı məğlubiyyətə uğradıb. Eyni çəkidəki cüdoçumuz Hidayət Heydərov da həmin Karapetyanı Minskdə təşkil olunan Avropa Oyunlarının təsəlliverici görüşdə məyus edərək, bürünc medala yiyələnib.
Azərbaycan Cüdo Federasiyası ermənilər üzərində qələbələrdən bəhs edən videonu təqdim edir: