Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdo ictimaiyyətinin yüzdən çox nümayəndəsi cəbhəyə yollanıb

05-10-2020

Sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıblar. 

Azərbaycan Ordusu bu təxribata qarşı genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir.

On minlərlə Azərbaycan vətəndaşı əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirərək, könüllü şəkildə ordu sıralarına qoşulur, döyüşə getməyə hazır olduqlarını bildirir. Azərbaycan cüdo ictimaiyyətinin də yüzdən çox nümayəndəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak üçün müraciət etmiş cüdoçular, məşqçilər, hakimlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən könüllü olaraq ordu sıralarına qoşulub.

Düşmənə layiqli cavab verən ordumuzun sıralarına qoşulmaqdan şərəf duyduqlarını deyən cüdoçular Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduqlarını vurğulayıblar.

Ölkə cüdo ictimaiyyətinin bütün nümayəndələri döyüşə hazırdır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti dəstəkləyirlər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli ordumuza uğurlar və şanlı qələbə arzu edirlər.