Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycanın 2 cüdoçusu Avropada liderdir

12-10-2020

Avropa Cüdo İttifaqı qitənin yeni reytinq cədvəlini açıqlayıb. Cüdo üzrə Azərbaycan milli komandasının iki üzvü öz çəki dərəcələrində ilk pillədə qərarlaşıb. Rüstəm Orucov (-73 kq) və İrina Kindzerska (+78 kq) rəqiblərini xeyli qabaqlayaraq 1-ci yeri tuturlar. Xatırladaq ki, 2019-cu ildə Rüstəm Orucov 6 dəfə, İrina Kindzerska isə 8 dəfə mötəbər beynəlxalq yarışlarda medal qazanmağa müvəffəq olub. Daha üç cüdoçumuz Avropa reytinq cədvəlində ilk onluğa düşməyi bacarıb. Elmar Qasımov (-100 kq) 5-ci, Məmmədəli Mehdiyev (-90 kq) 6-cı, Uşangi Kokauri (+100 kq) 10-cu pillədə qərarlaşıb.