Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçumuz Camal Feyziyev Avropa birinciliyində bürünc medal qazanıb

10-11-2020

Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. 
Mötəbər çempionatın son günü də Azərbaycan milli komandası aktivinə bir medal yazdırıb. Ağır çəkili cüdoçuların yarışında mübarizə aparan Camal Feyziyev Polşa, Sloveniya təmsilçilərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə Macarıstanlı Riçard Sipoşa uduzan Camal 3-cü yer uğrunda qarşılaşmada İtaliya cüdoçusu Lorenzo Aqronu məğlub edib. Beləliklə Camal Feyziyev qitə birinciliyinin bürünc medalını qazanıb. Xatırladaq ki, nüfuzlu yarışın ilk günü Gültac Məmmədəliyeva (52 kq)  gümüş, 
Turan Bayramov (60 kq) və Nurlan Osmanov (66 kq) bürünc medala sahib olub. 
Qeyd edək ki, otuz altı ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı mötəbər birincilikdə Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunub.