Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçumuz Avropa çempionatında bürünc medal qazanıb

20-11-2020

Cüdo üzrə Azərbaycan milli komandasının daha bir üzvü  Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa çempionatında medal qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüstəm Orucov bürünc medala sahib olub. Rüstəm bürünc medal uğrunda görüşdə İsveçrə təmsilçisi Nils Stampa qalib gəlib. Xatırladaq ki, nüfuzlu yarışın ilk günü Azərbaycan cüdoçusu Orxan Səfərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülüb. Avropanın 40 ölkəsindən 345 cüdoçunun mübarizə apardığı qitə çempionatına sabah yekun vurulacaq.