Gün
Saat
Dəqiqə
Saniyə
"İlin qalibləri-2020" layihəsinin mükafatçıları bəlli oldu

29-12-2020

İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə mükafatçıları müəyyənləşib.
8 nominasiya üzrə qaliblər "Çinar Plaza"da onlayn qaydada açıqlanıb.
Ardıcıl 8-ci ildir həyata keçirilən layihə Vətən müharibəsindəki böyük qələbəyə həsr olunub. İlin ən böyük qalibi Azərbaycan Ordusu olduğundan, namizədlər Vətən müharibəsi vaxtı döyüşən, şəhid və qazi olan, erməni terrorundan əziyyət çəkən, Orduya maddi, mənəvi və təbliğati dəstək verən idman ictimaiyyətinin nümayəndələri, idman qurumları, yerli və əcnəbi idmançılar (futbolçular), məşqçilər və jurnalistlər, eləcə də il ərzində keçirilmiş yarışlarda Ermənistan təmsilçilərinə qalib gələn Azərbaycan idmançıları arasından seçilib. "İLİN DÖYÜŞKƏN İDMANÇISI" nominasiyasında şəhid cüdoçu Cəbrayıl Dövlətzadə birinci olub. 51 KİV-in qatıldığı səsvermədə Cəbrayıl Dövlətzadə 33 səs yığıb. Jurnalistlərdən 5-i şəhid Xudayar Yusifzadəyə, 5-i Tofiq Musayevə, 3-ü şəhid Cavid Hüseynova səs verib.
Əfqan Xaşalov, qazi Qalib Əliyev, qazi Elxan İsayev, Eldəniz Əzizli və Orxan Səfərov hərəyə 1 səs yığıblar. "İLİN DÖYÜŞKƏN İDMAN QURUMU" nominasiyasının qalibi isə orduya maddi və mənəvi dəstəyə görə Azərbaycan Cüdo Federasiyası olub.
Qeyd edək ki, layihənin informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyi, baş sponsoru "eTopaz", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "İl Azero", təşkilati dəstəkçisi isə Bakı Olimpiya Stadionudur.