Gün
Saat
Dəqiqə
Saniyə
20 Yanvar faciəsindən 31 il ötür

20-01-2021

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 31 il keçir. Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verirlər. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirilir.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
29 mart 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.
Bu il Azərbaycan xalqı Qanlı Yanvarın şəhidlərinin ruhunu qalib xalq kimi anır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!