03 fevral, 2023

79 cüdo məşqçisi MOK-un Azərbaycan Cüdo Federasiyası ilə birgə təşkil etdiyi beynəlxalq təlimə qatılacaq

Xəbər lenti
Tərlan Həsənova həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

İyunun 1-də Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Həsənovun ömür yoluna və idman karyerasına həsr olunmuş “Bir cüdo əfsanəsi” kitabının təqdimat mərasimi keçirilib. 

Mərasimdə kitabın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində və  Heydər Əliyev İlində nəşr edilməsinin əlamətdar olduğu vurğulanıb. 

Təqdimat mərasimində çıxış edən müəllif Elşən Əliyev bidirib ki, Tərlan Həsənovun ömür yolu və idman karyerası indiki və gələcək nəsillər üçün örnəkdir. 

Qeyd edək ki, kitab Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərovun təşəbbüsü ilə ərsəyə gəlib.

Tədqimat mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin, Azərbaycan Cüdo Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, Tərlan Həsənovun yetirmələri və ailə üzvləri iştirak ediblər.

01 iyun, 2023
U-23 qadınlar və kişilər arasında Bakı şəhər çempionatının nəticələri bəlli olub

2 iyunda Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə 23 yaşa qədər kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçirilib. 

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan turnirdə 10 çəki dərəcəsində 195 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər arasında -60 kq., -66 kq., -73 kq., -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -52 kq., -63 kq. və -70 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 11-13 iyulda keçiriləcək 23 yaşa qədər qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.

Qaliblərin siyahısını təqdim edirik:


-60 kq.

1. Hüseyn Allahyarov

2. Murad Muradlı

3. Nicat Məmmədli

3. Fikrət Nəcəfov


-66 kq. 

1. Elşən Əsədov

2. Ayaz Ağayev

3. Bəhram Qurbanlı

3. Elvin Bağırov


-73 kq. 

1. Taryel Şıxəliyev

2. Əhməd Ağayev

3. Sadiq Həsənli

3. Çingiz Fəttəhov


-81 kq. 

1. Nahid Tarquliyev

2. Camal Baqışov

3. Roman Qarayev

3. Sulhan Süleymanlı


-90 kq. 

1. Rəşadət Paşazadə

2. Tuncay Şamil

3. Kamran Novruzov

3. Davud Namazlı


-100 kq. 

1. Rəsul Aydəmirov

2. Elşən Nəbiyev

3. Adil Məmmədov


+100 kq. 

1. İlkin Baxşaliyev 

2. Əli Mahmudov

3. Elman Mansurov


Qadınlar


-52 kq. 

1. Xumar Qasımzadə 

2. Əminə Abbas

3. Nəzrin Hidayətli


-63 kq. 

1. Nigar Əlibəyli

2. Məryəm Mehdiyeva

3. Aysel Şəfiyeva


-70 kq. 

1. Aysu Həsənova

2. Zeynəbxanım Əsədova


İdmançılarımızı təbrik edirik!

02 iyun, 2023
Azərbaycan cüdoçuları Düşənbə Qran Pri turnirini 4 medal qazandı

2-4 iyunda Tacikistanın paytaxtı Düşənbə şəhərində cüdo üzrə Qran Pri turniri keçirilib. Üç gün davam edən turnirdə 40 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparıb. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın ilə təmsil olunub.

Yarışın ilk günündə -60 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Turan Bayramov və -48 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Gültac Məmmədəliyeva gümüş medal əldə edib. -66 kq. çəki dərəcəsində Yaşar Nəcəfov isə bürünc medal qazanıb.

Turnirin sonuncu günündə -90 kq. çəkidə yarışan cüdoçumuz Elcan Hacıyev özbəkistanlı cüdoçu Caxonqir Mamatraximova qalib gələrək bürünc medala sahib olub.

Azərbaycan cüdoçuları turnirdə ümumilikdə 2 gümüş və 2 bürünc medal əldə edib.

04 iyun, 2023

Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının 2022-ci il mart ayından başlamış birinci səviyyə cüdo məşqçiliyi sertifikatı proqramı çərçivəsində 6-18 fevral 2023-cü ildə Bakı şəhərində yekun təlimlər keçiriləcək. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə keçiriləcək tədbirdə 79 cüdo məşqçisi imtahan verəcək.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Həmrəyliyi Fondunun maliyyə, Beynəlxalq Cüdo Federasiyasının texniki dəstəyi ilə icra olunan proqram iştirakçıların sayına görə 2 hissədən ibarət olacaq.

Seminar və imtahan BCF Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Dr. Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçiriləcək. Məşqçilər Akademiyanın mütəxəssislərinin nəzarəti altında ilk bir həftə ərzində cüdo texnikası və fəndləri üzrə bilikləri təkmilləşdirdikdən sonra praktiki imtahan verəcəklər.

BCF Akademiyasının qaydalarına əsasən, yekun seminar və imtahanlar adətən onların öncədən müəyyən etdikləri xarici ölkələrdə keçirilir və ora müxtəlif ölkələri təmsil edən proqram iştirakçıları qatılırlar. Lakin, Azərbaycandan olan iştirakçıların sayının çoxluğu nəzərə alınaraq, Akademiyanın təcrübəsində ilk dəfə olaraq yekun seminar və imtahanın sırf bir ölkəni təmsil edən məşqçilər üçün həmin ölkədə təşkil edilməsinə qərar verilib.

Qeyd edək ki, ACF-in Akademiya ilə 2022-ci ilin mart ayından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran 79 cüdo məşqçisi əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar. Məşqçilərin sertifikat proqramında iştirak haqqı ACF tərəfindən qarşılanıb. 

Beynəlxalq səviyyəli məşqçilərin yetişdirilməsinə ölkədə olan daxili ehtiyacı nəzərə alaraq, MOK bu kimi kurslara daha müntəzəm və silsilə şəkildə 2016-ci ildən etibarən dəstək olur. Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi ilə təşkil olunan bu kimi kurslar üçün məruzəçi ekspert  yalnız müvafiq Beynəlxalq İdman Federasiyası tərəfindən təyin olunur və adıgedən qurumların texniki qaydalarına uyğun təşkil edilir.

Paylaş :

Xəbər lenti

...
Yerli turnirlər
U-23 qadınlar və kişilər arasında Bakı şəhər çempionatının nəticələri bəlli olub

2 iyunda Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə 23 yaşa qədər kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçirilib. 

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan turnirdə 10 çəki dərəcəsində 195 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər arasında -60 kq., -66 kq., -73 kq., -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -52 kq., -63 kq. və -70 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 11-13 iyulda keçiriləcək 23 yaşa qədər qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.

Qaliblərin siyahısını təqdim edirik:


-60 kq.

1. Hüseyn Allahyarov

2. Murad Muradlı

3. Nicat Məmmədli

3. Fikrət Nəcəfov


-66 kq. 

1. Elşən Əsədov

2. Ayaz Ağayev

3. Bəhram Qurbanlı

3. Elvin Bağırov


-73 kq. 

1. Taryel Şıxəliyev

2. Əhməd Ağayev

3. Sadiq Həsənli

3. Çingiz Fəttəhov


-81 kq. 

1. Nahid Tarquliyev

2. Camal Baqışov

3. Roman Qarayev

3. Sulhan Süleymanlı


-90 kq. 

1. Rəşadət Paşazadə

2. Tuncay Şamil

3. Kamran Novruzov

3. Davud Namazlı


-100 kq. 

1. Rəsul Aydəmirov

2. Elşən Nəbiyev

3. Adil Məmmədov


+100 kq. 

1. İlkin Baxşaliyev 

2. Əli Mahmudov

3. Elman Mansurov


Qadınlar


-52 kq. 

1. Xumar Qasımzadə 

2. Əminə Abbas

3. Nəzrin Hidayətli


-63 kq. 

1. Nigar Əlibəyli

2. Məryəm Mehdiyeva

3. Aysel Şəfiyeva


-70 kq. 

1. Aysu Həsənova

2. Zeynəbxanım Əsədova


İdmançılarımızı təbrik edirik!

Ətraflı
...
Beynəlxalq turnirlər
Düşənbə Qran Pri turnirində Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu

1 iyunda Tacikistanın paytaxtı Düşənbə şəhərində Qran Pri turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın cüdoçu ilə təmsil olunacaq.

Turniri canlı olaraq judotv.com saytında izləyə bilərsiniz!



Kişilər


-60 kq. 

Turan Bayramov - Artsiom Kolasau (Fərdi Neytral İdmançılar) / Doston Ruziyev (Özbəkistan) görüşünün qalibi

Rövşən Əliyev - Markus Auer (Avstriya)


-66 kq. 

Yaşar Nəcəfov - Abduraxim Nutfulloyev (Özbəkistan) / Abderrahmane Bouşita (Mərakeş) görüşünün qalibi

Ruslan Paşayev - Martin Setz (Almaniya)


-73 kq. 

İbrahim Əliyev - Abdulla Aliyev (Qırğızıstan)

Nurlan Osmanov - Vikas Dalal (Hindistan)


-90 kq. 

Vüqar Talıbov - Yahor Varapayeu (Fərdi Neytral İdmançılar)

Elcan Hacıyev - Loris Tassiyer (Fransa)


+100 kq. 

Camal Qamzatxanov - Şakarmamad Mirmamadov (Tacikistan)


Qadınlar


-48 kq. 

Leyla Əliyeva - Emi Platten (Böyük Britaniya) / Şuayşiya Han (Çin) görüşünün qalibi

Könül Əliyeva - Andea Stoyadinov (Serbiya)


-52 kq.

Gültac Məmmədəliyeva - Paulina Martinez (Meksika) / Kseniya Daniloviç (Fərdi Neytral İdmançılar) görüşünün qalibi


İdmançılarımıza uğurlar arzulayırıq!

Ətraflı