11 mart, 2023

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirinin ilk günündə 5 medal qazandı

Xəbər lenti
Nazim Umbayev Bakı Böyük Dəbilqə turnirində ədalət təmsilçiləri arasında yer aldı

“A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev 22-24 senytabr tarixlərində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Böyük Dəbilqə turnirində ədalət təmsilçiləri arasında yer alıb.

Nazim Umbayev yarışda qadınlar arasında -57 çəki dərəcəsinin bürünc medal uğrunda olan görüşü, kişilər arasında -73 kq., -90 kq. və +100 kq. çəki dərəcələrində bürünc medal uğrunda olan görüşləri, -60 kq. çəkidə isə final görüşünü idarə edib.

25 sentyabr, 2023
Gənc cüdoçular dünya çempionatına yola düşdülər

Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığması 4-8 oktyabrda Portuqaliyanın Odivelas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək. Yarışda Azərbaycan 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər. 

Dünya çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.

4-7 oktyabr tarixlərində çempionatın fərdi yarışları, 8 oktyabrda isə komanda yarışları keçiriləcək.

Qeyd edək ki, yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.


Çempionata qatılacaq heyəti təqdim edirik:


Qızlar


-48 kq. 

Könül Əliyeva 


-52 kq. 

Aydan Vəliyeva 

Xədicə Qədəşova


-57 kq. 

Fidan Əlizadə 


-78 kq. 

Nərmin Əmirli 


+78 kq. 

Nigar Süleymanova


Pərvanə Abdullayeva komanda yarışında mübarizəyə qoşulacaq.


Oğlanlar


-60 kq. 

Nizami İmranov 


-66 kq. 

Aydın Rzayev 


-73 kq. 

Süleyman Əliyev 

Vüsal Qələndərzadə 


-81 kq. 

Ömər Rəcəbli 


-90 kq. 

Vüqar Talıbov 

İsmayıl Zamanov 


+100 kq. 

Ramazan Əhmədov


Kənan Nəsibov komanda yarışında mübarizəyə qoşulacaq.


İdmançılarımıza uğurlar arzulayırıq!

02 oktyabr, 2023
Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin 11-ci Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir. Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, dünya çempionatının ikiqat gümüş mükafatçısı, Avropa çempionu Rüstəm Orucovun da iştirak etdiyi forumda bütün ölkələri təmsil edən komissiya üzvləri ən vacib məsələləri müzakirə etmək üçün bir araya gəliblər.

Rüstəm Orucovun verdiyi məlumata görə, forumun ilk günündə bir sıra maraqlı məsələlər müzakirə olunub. Həmçinin, Rusiya və Belarus idmançılarının yarışlarda hansı status altında çıxış edəcəyi barədə məsələyə də baxılıb. 

Forumun birinci günündə Ermənistanı təmsil edən idmançı təxribat xarakterli çıxış edib. Sessiyaların birində səhnəyə çıxan erməni idmançı Arsen Culfalakyan müharibə şəraitində olan ölkəsinin hazırda 125 min qaçqını olduğunu bildirib.

Rüstəm Orucov dərhal çıxış edərək tutarlı faktlarla erməni idmançını susdurub: “30 il əvvəl müharibəni ermənilər başladı və torpaqlarımız işğal edildi. Biz heç kimin torpağına göz dikməmişik. Əgər hazırda sizdə qaçqın varsa, bu problem deyil, onlar Qarabağda qalıb, yaşaya bilərlər. Bu gün Qarabağı könüllü tərk edərək, Ermənistana gedən erməni əsilli şəxslərin Azərbaycanın humanistliyi sayəsində Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi üçün şərait yaradılır. Onlara qarşı heç bir zorakılıq edilmir. Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyasını istədiyini bəyan edib və Qarabağdakı erməni sakinlərə ərzaq və tibbi yardım göstərir. Amma 1990-cı illərdə erməni separatçılar xalqımıza qarşı böyük vəhşiliklər törədiblər. Əliyalın soydaşlarımız xüsusi amansızlıqla, işgəncələrə məruz qalaraq qətlə yetirilib, genosidə məruz qalıblar. Onlar öz vətənində məcburi köçkünə çevrilmişdilər”. 

Rüstəm Orucovun tutarlı cavablarından sonra isə erməni idmançı dərhal sakitləşərək fikirlərinə düzəliş edib. O, əslində, idmanı siyasətə qatmamağı və mübarizəni tatamidə aparmaq lazım olduğunu qeyd edib: “Mən demək istəyirəm ki, müharibə şəraitində olan bütün ölkələr Olimpiya Həmrəyliyi tədbirlərində iştirak etməlidirlər. Müharibəni idmana qatmaq olmaz. Biz idmançılar öz gücümüzü idman arenasında göstərməliyik”.

Beynəlxalq Atletlər Forumuna bu gün yekun vurulacaq.

02 oktyabr, 2023

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib. 

Turnirin ilk günündə qızların yarışında -40 kq., -44 kq., -48 kq. və 52 kq. çəki dərəcələrində 14 cüdoçumuz, oğlanların yarışında isə -50 kq., -55 kq., -60 kq. və -66 kq. çəki dərəcələrində 17 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. 

-50 kq. çəkidə Əhməd Rüstəmov bürünc medal uğrunda görüşdə gürcüstanlı idmançı Luka Omanadzeyə qalib gələrək yarışı 3-cü yerdə başa vurub.

-55 kq. çəkidə Həsən Həsənli və Fərid Qarayev turnirin bürünc medalını qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan Mirxaliq İskəndərov finalda Qazaxıstan təmsilçisi Oralbek Bayzaka qalib gələrək qızıl medal əldə edib.

-60 kq. çəkidə Ümüd Qurbanov bürünc medal uğrunda görüşdə serbiyalı cüdoçu Velko Simiki üstələyib.

Qızların mübarizəsində -48 kq. çəkidə Vüsalə Hacıyeva 5-ci, -40 kq. çəkidə Gülşən Hüseynova 7-ci yerlə kifayətlənib. Oğlanlar arasında -55 kq. çəkidə isə Ayxan Mirzəzadə 5-ci yerə çıxıb.