24 oktyabr, 2024

Azərbaycanda cüdo məşqçiliyinin inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalandı

Xəbər lenti
2025-ci ildə 80 idman zalına 6000-dək tatami təhvil verilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) əsas fəaliyyət istiqamətlərindən biri regionlarda cüdonun inkişafı, eləcə də idman infrastrukturunun mərhələli şəkildə gücləndirilməsidir.

Bu məqsədlə ötən il ərzində ölkə üzrə 80 idman zalına ümumilikdə 6000-dək “Taishan” markalı tatami təhvil verilib.

Qeyd edək ki, 2022-ci ildən etibarən Bakı və regionları əhatə edən genişmiqyaslı dəstək çərçivəsində federasiya tərəfindən 179 idman zalına ümumilikdə 13 200 tatami paylanılıb.

Bununla paralel olaraq, 2022–2025-ci illərdə ACF tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib.

05 yanvar, 2026
Yeniyetmə qızlardan ibarət yığmanın üzvləri üçün sosial media təlimi keçirilib

Yeniyetmə qızlardan ibarət yığmanın üzvləri üçün sosial media təlimi keçirilib. 

Azərbaycan Cüdo Federasiyasının rəqəmsal marketinq üzrə aparıcı mütəxəssisi Elvin Əhmədin təqdimatında baş tutan təlimin məqsədi sosial mediada məsuliyyətli davranış, media qarşısında özünü doğru ifadə etmək və milli komandanın imicini qorumaq olub.

Təlim zamanı şəxsi hesabların idarə edilməsi, paylaşım mədəniyyəti, etik qaydalar, şərhlərə və tənqidə düzgün reaksiya, yanlış məlumatların yayılmasının qarşısının alınması, eləcə də federasiyanın kommunikasiya prinsiplərinə uyğun məzmun paylaşımı ilə bağlı tövsiyələr verilib.

Bundan əlavə, idmançının rəqəmsal imicinin karyera və komanda nüfuzuna təsiri barədə də fikir mübadiləsi aparılıb.

08 yanvar, 2026
Cüdoçularımız Avstriyanın Mitterzill şəhərində Olimpiya Təlim Düşərgəsindədir

Kişi və qadın cüdoçulardan ibarət Azərbaycan millisi Avstriyanın Mitterzill şəhərində Olimpiya Təlim Düşərgəsindədir.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışında idmançılarımıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif başçılıq edir.

Dünyanın ən böyük və nüfuzlu cüdo təlim düşərgəsinə 50 ölkədən 900-dən çox idmançı qatılıb. Toplanış yanvarın 14-də başa çatacaq.

09 yanvar, 2026

Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında cüdo təhsilinin inkişafını hədəfləyən Anlaşma Memorandumu imzalanıb.

Bu əməkdaşlıq sayəsində Azərbaycan İdman Akademiyasında cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün müasir tələblərə uyğun təhsil proqramının hazırlanması və tətbiq edilməsi təmin ediləcək. Nəticədə ölkədə cüdo təhsilinin keyfiyyətinin yüksəldilməsinə, məşqçilik sahəsində daha yüksək standartların təmin edilməsinə nail olunacaq.

Layihə çərçivəsində artıq Azərbaycan İdman Akademiyasında cüdo məşqçiliyi üzrə təhsil alan 1-ci və 2-ci kurs tələbələri üçün nəzəri və praktiki dərslərə başlanılıb. Dərslər müvafiq cədvələ uyğun olaraq Federasiyanın Təlim-Məşq Mərkəzində aparılıb və ümumilikdə proqramda hazırda 62 tələbə iştirak edir. Dərslər professor Mayk Kallenla yanaşı, dəvət edilmiş xarici və yerli ekspertlər tərəfindən tədris olunur.

İmzalanma mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və digər rəsmi şəxslər iştirak ediblər.

R.Rəsullu bildirib ki, bu əməkdaşlıq ölkədə cüdonun hərtərəfli inkişafını təmin etmək istiqamətində mühüm addımdır: “Federasiyanın 2024-2028-ci illər üzrə inkişaf strategiyasının əsasında cüdo idman növü üzrə ən müasir tələblərə cavab verən məşqçilərin yetişdirilməsi və onların inkişafı dayanır. Bu təşəbbüslə biz Azərbaycanın cüdo gələcəyinə sərmayə qoyur və məşqçilərimizin ən yüksək beynəlxalq standartlara uyğun təlim almalarını təmin edirik”.

Hertfordşir Universitetinin professoru Dr. Mayk Kallen qarşılıqlı rifah prinsipinin Federasiyanın işinin əsasını təşkil etdiyini vurğulayıb: “Federasiya fəaliyyətinin təkcə milli komandaların üzvləri olan idmançıların inkişafı ilə məhdudlaşdırmır, eyni zamanda cüdo ekosistemində olan bütün tərəfdaşlarla birgə çalışaraq qarşılıqlı fayda təmin edən bir icma yaratmaq istiqamətində mühüm addımlar atır. Əminəm ki, bu layihə Azərbaycanda yeni nəsil cüdo məşqçilərinin yetişməsinə birbaşa töhfə verəcək”.

Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, bu əməkdaşlığın Azərbaycanda cüdo təhsili və məşqçiliyin keyfiyyətinin artırılması, həmçinin, gələcək nəsillərin idmanla daha təhlükəsiz və sağlam şəkildə məşğul olması üçün əhəmiyyətli bir fürsət olduğunu bildirib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Hertfordşir Universiteti ilə əməkdaşlığın aparılmasından və Britaniya təcrübəsinin tətbiq olunmasından məmnunluğunu ifadə edib, gələcək nəsillərin təhsili və sağlamlığı üçün əhəmiyyətli addım olan mərasimə dəvət olunduğuna görə minnətdarlığını bildirib.

Daha sonra tədbir iştirakçıları praktiki dərsə baxış keçiriblər. Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev tələbələr qarşısında çıxış edərək onlar üçün yaradılmış bu şəraitdən maksimum istifadə etmələri üçün öz tövsiyələrini verib.

Paylaş :

Xəbər lenti

...
Digər
Cüdoçular qış düşərgəsində şəhid övladları ilə görüşüblər

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi, həmçinin çempion cüdoçular Şabran rayonunda yeddinci “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinin iştirakçıları ilə görüşüblər.

Görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov, Olimpiya çempionu Hidayət Heydərov, Avropa çempionları Rüstəm Orucov və Orxan Səfərov, eləcə də digər rəsmi nümayəndələr iştirak ediblər.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunan tədbirdə çempionlar düşərgə iştirakçıları ilə səmimi söhbət aparıb, öz həyat və idman yoluna dair təcrübələrini bölüşüb, onları məqsədyönlü və əzmkar olmağa çağırıblar.

Görüş çərçivəsində düşərgə iştirakçısı olan yeniyetmə cüdoçu, Vətən Müharibəsi Qəhrəmanı, şəhid XTQ baş giziri Mehrab Niftəliyevin qızı, ölkə birinciliyinin mükafatçısı Ləman Niftəliyevaya çempion cüdoçular tərəfindən cüdoqi hədiyyə olunub. 

Sonda görüşün təşəbbüskarı olan “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov tərəfindən bütün düşərgə iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Shabran Wellbeing Resort” İstirahət və Sağlamlıq Mərkəzində Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri ilə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məktəbli övladlarının iştirakı ilə keçirilən düşərgə ərzində müxtəlif maarifləndirici təlimlər, intellektual oyunlar, mədəni və idman tədbirləri təşkil olunur. Düşərgənin ikinci mərhələsinin 2026-cı ilin yay aylarında Fransada keçirilməsi planlaşdırılır.

Ətraflı
...
Yerli turnirlər
U-14 Azərbaycan birinciliyində fərdi mübarizələr başa çatıb

Dekabrın 27-da 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi mübarizələr başa çatıb.

Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın üçüncü günündə son 6 çəkidə 129 idmançı tatamiyə çıxıb. 

Qızlar arasında -44 kq, -57 kq, +70 kq; oğlanlarda isə -46 kq, -60 kq və +73 kq çəki dərəcələrində mükfatçılar bəlli olub. 

Qeyd edək ki, ölkə birinciliyinə sabah komandalararası yarışla yekun vurulacaq.


Üçüncü günün medalçılarını təqdim edirik:


Qızlar

 

-44 kq

1. Ayla Məmmədli (AHİTA)

2. Fatimə Əli (Olp-Par Sumqayıt)

3. Səidə Səfərli (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

3. Nərmin Niftalızadə (Şuşa UGİM)


-57 kq

1. Arzu İmanzadə (RKİM)

2. Sunay Məcidova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Zəhra Mədətzadə (Yevlax UGİM)

3. Jalə Qocayeva (Olp-Par Sumqayıt)


+70 kq

1. Əsnad İlyasova (Lokomotiv İK)

2. Mina Cəbrayılzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)


Oğlanlar


-46 kq

1. Məhəmməd Səfərov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

2. Əli Qurbanlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Kamal Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Kənan Gəncəliyev (Zabrat İK)


-60 kq

1. Kənan İsmayılov (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

2. Rəfail Cahid Sərabi (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

3. Rəsul Rüstəmli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Timur Şulman (DİN İC)


+73 kq

1. Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Yusif Ağakişiyev (RKİM)

3. Şükran Vahabov (Quba CİK)

3. Mixail Tarusov (Kanokan-TT İK)

Ətraflı