10 fevral, 2023

Daniel Laskau: “Döyüş ruhu Azərbaycan cüdoçularının qanındadır”

Xəbər lenti
Tərlan Həsənova həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

İyunun 1-də Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Həsənovun ömür yoluna və idman karyerasına həsr olunmuş “Bir cüdo əfsanəsi” kitabının təqdimat mərasimi keçirilib. 

Mərasimdə kitabın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində və  Heydər Əliyev İlində nəşr edilməsinin əlamətdar olduğu vurğulanıb. 

Təqdimat mərasimində çıxış edən müəllif Elşən Əliyev bidirib ki, Tərlan Həsənovun ömür yolu və idman karyerası indiki və gələcək nəsillər üçün örnəkdir. 

Qeyd edək ki, kitab Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərovun təşəbbüsü ilə ərsəyə gəlib.

Tədqimat mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin, Azərbaycan Cüdo Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, Tərlan Həsənovun yetirmələri və ailə üzvləri iştirak ediblər.

01 iyun, 2023
U-23 qadınlar və kişilər arasında Bakı şəhər çempionatının nəticələri bəlli olub

2 iyunda Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə 23 yaşa qədər kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçirilib. 

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan turnirdə 10 çəki dərəcəsində 195 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər arasında -60 kq., -66 kq., -73 kq., -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -52 kq., -63 kq. və -70 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 11-13 iyulda keçiriləcək 23 yaşa qədər qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.

Qaliblərin siyahısını təqdim edirik:


-60 kq.

1. Hüseyn Allahyarov

2. Murad Muradlı

3. Nicat Məmmədli

3. Fikrət Nəcəfov


-66 kq. 

1. Elşən Əsədov

2. Ayaz Ağayev

3. Bəhram Qurbanlı

3. Elvin Bağırov


-73 kq. 

1. Taryel Şıxəliyev

2. Əhməd Ağayev

3. Sadiq Həsənli

3. Çingiz Fəttəhov


-81 kq. 

1. Nahid Tarquliyev

2. Camal Baqışov

3. Roman Qarayev

3. Sulhan Süleymanlı


-90 kq. 

1. Rəşadət Paşazadə

2. Tuncay Şamil

3. Kamran Novruzov

3. Davud Namazlı


-100 kq. 

1. Rəsul Aydəmirov

2. Elşən Nəbiyev

3. Adil Məmmədov


+100 kq. 

1. İlkin Baxşaliyev 

2. Əli Mahmudov

3. Elman Mansurov


Qadınlar


-52 kq. 

1. Xumar Qasımzadə 

2. Əminə Abbas

3. Nəzrin Hidayətli


-63 kq. 

1. Nigar Əlibəyli

2. Məryəm Mehdiyeva

3. Aysel Şəfiyeva


-70 kq. 

1. Aysu Həsənova

2. Zeynəbxanım Əsədova


İdmançılarımızı təbrik edirik!

02 iyun, 2023
Azərbaycan cüdoçuları Düşənbə Qran Pri turnirini 4 medal qazandı

2-4 iyunda Tacikistanın paytaxtı Düşənbə şəhərində cüdo üzrə Qran Pri turniri keçirilib. Üç gün davam edən turnirdə 40 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparıb. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın ilə təmsil olunub.

Yarışın ilk günündə -60 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Turan Bayramov və -48 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Gültac Məmmədəliyeva gümüş medal əldə edib. -66 kq. çəki dərəcəsində Yaşar Nəcəfov isə bürünc medal qazanıb.

Turnirin sonuncu günündə -90 kq. çəkidə yarışan cüdoçumuz Elcan Hacıyev özbəkistanlı cüdoçu Caxonqir Mamatraximova qalib gələrək bürünc medala sahib olub.

Azərbaycan cüdoçuları turnirdə ümumilikdə 2 gümüş və 2 bürünc medal əldə edib.

04 iyun, 2023

Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyası tərəfindən Bakıda keçirilən cüdo məşqçiliyi sertifikat proqramı davam edir. Akademiyanın aparıcı mütəxəssislərindən biri də BCF-in Hakimlər Komitəsinin rəhbəri Daniel Laskaudur. O, həmkarları ilə birlikdə yerli məşqçilərdən imtahan götürəcək və imtahanı uğurla keçənlərə sertifikatlar təqdim edəcək. Aşağıda təqdim etdiyimiz müsahibəsində Daniel Laskau cüdonun tərbiyəvi rolu, kütləviliyi, çempionların yetişdirilməsi, Azərbaycan millisinin nəticələri və bir çox başqa mövzulardan danışıb:


Siz son vaxtlar tez-tez Bakıya gəlirsiniz. Keçən il BCF Akademiyasında azərbaycanlı hakimlərə  təlim keçdiniz, Bakı Böyük Dəbilqə turnirini izlədiniz,  indi isə məşqçilərdən yekun imtahan götürməyə gəlmisiniz. Bu dəfə Azərbaycana  hansı hisslərlə gəldiniz?

İlk dəfə Azərbaycana 2003-cü ildə yeniyetmələr arasında Avropa çempionatına gəlmişəm. Yəni iyirmi il əvvəl. Və ildən-ilə müxtəlif səbəblərdən bura qayıdırdım, lakin bunların hamısı təbii ki, peşəkar fəaliyyətlə - turnirlərlə, seminarlarla bağlı idi. Keçən il Azərbaycan Cüdo Federasiyası (ACF) məşqçi və hakimlərin inkişafı və maarifləndirilməsi ilə bağlı böyük proqrama start verdi və bu proqram çərçivəsində çoxsaylı görüşlər, təlimlər keçirdik. Xüsusilə qeyd etmək istəyirəm ki, ACF bütün səviyyələrdə cüdonun inkişafına diqqət yetirir, bura həmçinin uşaqlar, yeniyetmələr və komandanın hər bir idmançısına fərdi yanaşma aiddir. Keçən il iki dəfə Bakıda oldum, məşqçilər və hakimlərlə görüşdüm, onlarla təkcə müasir cüdonun reallıqları haqqında deyil, həm də kiçik yaşlardan böyük idmançıların yetişdirilməsi proqramı haqqında danışdıq. Çünki cüdo uşaqlardan başlayır, onlar məktəbdə təhsil almağa başladığı andan.


Bu barədə biraz daha ətraflı danışa bilərsiniz?

Hər bir uşaq qaçmaq, üzmək, güləşmək istəyir və cüdo ilə yeni məşğul olmağa başlayanda biz onlara belə bir fürsət veririk - onlar tataminin ətrafında qaçıb özlərini ifadə edə bilirlər. Bu, onların idmanda gələcək inkişafı üçün bir növ bazadır. Cüdoda yüzdən çox texnika var və məşqçilər onların hər birini tədricən öz tələbələrinə çatdırmalıdırlar ki, onların tələbələri gələcəkdə uğur qazansınlar.

Soruşa bilərsiniz ki, bunun hazırkı məşqçilik təlimləri proqramına və imtahanına nə aidiyyəti var? Biz nəzərə almalıyıq ki, cüdo idman növü ilə məşğul olanların 80 faizi uşaqlardır. Bu, bir növ piramidadır, onun başında Olimpiya çempionları və Dünya çempionları var. Onlar, əslində, cüdoya qoşulanların ümumi sayından azdır, lakin yeni başlayan idmançılar məhz onlardan nümunə götürürlər.

Dövlətin idmana münasibəti də önəmlidir. Azərbaycan isə bu məsələdə ön sıralardadır. Hər mərtəbəsində tatami gördüyümüz üç mərtəbəli binada sizinlə söhbət edirik. Bu, əsl cüdo fabrikidir.

Cüdo piramidasına qayıtsaq, onun ən aşağı səviyyəsində uşaqlar cüdo oynayırlar, ikinci səviyyədə isə məşq başlayır. Bir qayda olaraq, bu dövrdə tələbələr bəzən valideynləri ilə müqayisədə məşqçiləri ilə daha çox vaxt keçirirlər. Axı mütəxəssislərin həm öyrədici, həm də özlərinin  tərbiyəvi funksiyaları var. Piramidanın üçüncü səviyyəsində isə potensialınızı ən yüksək səviyyədə üzə çıxarmaq və titullar uğrunda mübarizə aparmaq başlayır.


BCF Akademiyasından söz düşmüşkən, sizcə, hansı ölkələrə BCF Akademiyası xüsusi təsir göstərib?

Canlı misal kimi Azərbaycanla həmsərhəd olan dövlətləri - Türkiyə və Gürcüstanı göstərəcəyəm. Türkiyə BCF Akademiyanın kursunu öz ana dilinə tərcümə edən ilk ölkə olub. Son iki il ərzində proqram çərçivəsində orada yüzdən çox məşqçi hazırlanıb, onlardan bəziləri idman karyerasını yenicə başa vurub.

Gürcüstan məşqçiləri BCF Akademiyasının proqramını keçib və məzunların bir qismi dağlardaki kiçik kəndlərdə və bölgələrdə uşaqları öyrədirlər. Bu günə qədər Gürcüstanda cüdo üzrə Dünya Turu yarışlarında, o cümlədən dünya çempionatlarında parlamağı bacaran bütöv bir idmançı qalaktikası yetişib.


Azərbaycan cüdo məktəbinin fərqli cəhətlərini nədə görürsünüz?

Qafqaz cüdoçularına xas olan əsas keyfiyyətlərdən biri  güləş ruhudur. Bu keyfiyyət qandadır, milli dəyərlərlə, mədəniyyətlə ötürülür. Azərbaycan idmançıları döyüşlərin nəticəsini son saniyələrdə necə həll etməsini, müxtəlif möhtəşəm hərəkətlərlə rəqiblərini darmadağın etdiyini və medallar qazanmasını izləmək inanılmazdır. Bunu öyrətmək olmaz, bu genetik səviyyədədir.


Söhbətimizdə cüdonun inkişafına misal olaraq, üstündə Olimpiya və dünya çempionlarının dayandığı piramidanı misal çəkdiniz. Sizcə, idmançılarımız növbəti illərdə yenidən bu zirvələri fəth edə biləcəklərmi?

Bunun üçün sizdə hər şey var: maliyyə, çempionların yetişdirilməsi üçün infrastruktur və əlbəttə ki, idman kadrları. Bundan əlavə, komandanın nəticələri sabitdir, demək olar ki, idmançılar bütün yarışlarda bərabər və inamlı çıxış edir. Hər dövrdə milli komandanın heyətindən bir neçə istedadlı idmançı meydana çıxır. Əvvəlki nəslin ənənələrini davam etdirir. Ona görə də yeni böyük qələbələrin çox da uzaqda olmadığı şübhəsizdir.


Siz həm də BCF Hakimlər Komitəsinə rəhbərlik edirsiniz. Bu işin ən çətin tərəfi nədir?

Vaxt çatışmazlığı, kifayət qədər vaxt olmaması. Çünki qısa müddətdə mübarizənin gedişatına təsir edə biləcək qərarlar qəbul etmək lazımdır. Qarşınızda tatamidə son hökmü gözləyən Olimpiada və Dünya Çempionatının qalibləri, mükafatçıları var və sizin vaxt məhdudiyyətiniz var. Bəzən müxtəlif rakurslardan kameraların köməyinə müraciət etməli olursunuz və bu 20 saniyə və ya daha çox vaxt aparır. Lakin hamısı düzgün qərar vermək üçündür.


“Paris 2024”dən sonra cüdonun qaydalarında dəyişikliklər gözləyə bilərikmi?

Bir qayda olaraq, hər dövrdə idmançıların tədricən öyrəşdiyi dəyişiklikləri yoxlamaq üçün bizə bir il vaxt lazım olur. İndi bizim belə imkanımız yoxdur və Parisə qədər hər şey olduğu kimi qalacaq. Ancaq Oyunlardan sonra cüdo idman növünün gələcək inkişafı üçün müəyyən fikirlər var. Məsələn, rəqiblərin fədakarlıqla vuruşduğu və xəbərdarlıq almadığı möhtəşəm döyüşlər görmək hamı istəyir. Cüdonu daha cəlbedici edəcək dəyişikliklər barədə düşünmək yaxşı olar.

Paylaş :

Xəbər lenti

...
Yerli turnirlər
U-23 qadınlar və kişilər arasında Bakı şəhər çempionatının nəticələri bəlli olub

2 iyunda Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə 23 yaşa qədər kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçirilib. 

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan turnirdə 10 çəki dərəcəsində 195 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər arasında -60 kq., -66 kq., -73 kq., -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -52 kq., -63 kq. və -70 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 11-13 iyulda keçiriləcək 23 yaşa qədər qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.

Qaliblərin siyahısını təqdim edirik:


-60 kq.

1. Hüseyn Allahyarov

2. Murad Muradlı

3. Nicat Məmmədli

3. Fikrət Nəcəfov


-66 kq. 

1. Elşən Əsədov

2. Ayaz Ağayev

3. Bəhram Qurbanlı

3. Elvin Bağırov


-73 kq. 

1. Taryel Şıxəliyev

2. Əhməd Ağayev

3. Sadiq Həsənli

3. Çingiz Fəttəhov


-81 kq. 

1. Nahid Tarquliyev

2. Camal Baqışov

3. Roman Qarayev

3. Sulhan Süleymanlı


-90 kq. 

1. Rəşadət Paşazadə

2. Tuncay Şamil

3. Kamran Novruzov

3. Davud Namazlı


-100 kq. 

1. Rəsul Aydəmirov

2. Elşən Nəbiyev

3. Adil Məmmədov


+100 kq. 

1. İlkin Baxşaliyev 

2. Əli Mahmudov

3. Elman Mansurov


Qadınlar


-52 kq. 

1. Xumar Qasımzadə 

2. Əminə Abbas

3. Nəzrin Hidayətli


-63 kq. 

1. Nigar Əlibəyli

2. Məryəm Mehdiyeva

3. Aysel Şəfiyeva


-70 kq. 

1. Aysu Həsənova

2. Zeynəbxanım Əsədova


İdmançılarımızı təbrik edirik!

Ətraflı
...
Beynəlxalq turnirlər
Düşənbə Qran Pri turnirində Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu

1 iyunda Tacikistanın paytaxtı Düşənbə şəhərində Qran Pri turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın cüdoçu ilə təmsil olunacaq.

Turniri canlı olaraq judotv.com saytında izləyə bilərsiniz!



Kişilər


-60 kq. 

Turan Bayramov - Artsiom Kolasau (Fərdi Neytral İdmançılar) / Doston Ruziyev (Özbəkistan) görüşünün qalibi

Rövşən Əliyev - Markus Auer (Avstriya)


-66 kq. 

Yaşar Nəcəfov - Abduraxim Nutfulloyev (Özbəkistan) / Abderrahmane Bouşita (Mərakeş) görüşünün qalibi

Ruslan Paşayev - Martin Setz (Almaniya)


-73 kq. 

İbrahim Əliyev - Abdulla Aliyev (Qırğızıstan)

Nurlan Osmanov - Vikas Dalal (Hindistan)


-90 kq. 

Vüqar Talıbov - Yahor Varapayeu (Fərdi Neytral İdmançılar)

Elcan Hacıyev - Loris Tassiyer (Fransa)


+100 kq. 

Camal Qamzatxanov - Şakarmamad Mirmamadov (Tacikistan)


Qadınlar


-48 kq. 

Leyla Əliyeva - Emi Platten (Böyük Britaniya) / Şuayşiya Han (Çin) görüşünün qalibi

Könül Əliyeva - Andea Stoyadinov (Serbiya)


-52 kq.

Gültac Məmmədəliyeva - Paulina Martinez (Meksika) / Kseniya Daniloviç (Fərdi Neytral İdmançılar) görüşünün qalibi


İdmançılarımıza uğurlar arzulayırıq!

Ətraflı