06 yanvar, 2023

Niyə cüdo?

Xəbər lenti
Azərbaycan Cüdo Federasiyası və “Azercell Telekom” MMC əməkdaşlığı çərçivəsində “Söz verirəm” sosial kampaniyası start götürür

Yeniyetmələrin incidilməsinə səbəb olan ixtiyari və təkrar şəkildə törədilmiş aqressiv davranışlar onların həm təhsilinə, həm də həyatına mənfi təsir göstərir. Azərbaycan Cüdo Federasiyası və “Azercell Telekom” MMC əməkdaşlığı çərçivəsində elan etdiyimiz “Söz verirəm” sosial kampaniyası hamını qısnamaya (bullinqə) qarşı olmağa çağırır. 

Layihə çərçivəsində cüdo təlim-məşq mərkəzlərində və məktəblilər arasında maarifləndirmə işlərinə start verilib. Uşaqlara qısnamaya qarşı könüllü hərəkat ətrafında birləşmək üçün müvafiq sertifikat və qolbaqlar təqdim olunur.

Sən də #SözVerirəm həştəqi ilə kampaniyamıza qoşul, düzgün davranışınla insanlara dəyər qat.

05 noyabr, 2023
“Söz verirəm” kampaniyası məktəblərdə!

Noyabrın 6-sı Azərbaycan Cüdo Federasiyası (ACF) "Azercell Telekom” MMC  ilə birgə keçirdiyi “Söz verirəm” sosial layihəsi çərçivəsində  Kürdəxanı kəndində yerləşən  H. Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə kampaniya təşkil etdi. 

ACF-in baş katibinin müşaviri Ayan Nəcəf və ACF-in Marketinq və Kommunikasiya şöbəsinin meneceri Rəşad İbrahimov 100-ə yaxın şagirdlə maarifləndirici görüş keçirdilər. Onlar şagirdlərə qısnamanın mahiyyəti, potensial təhlükələri və buna qarşı durmağın zəruriliyi haqqında məlumat verdilər. Məktəbin direktoru Gültəkin Rüstəmova çıxış edərək kampaniyanın əhəmiyyətini vurğulayıb və bu təşəbbüs üçün təşkilatçılara minnətdarlığını bildirib.

Tədbir zamanı uşaqlar müzakirələrdə fəal iştirak etdilər və qısnamaya qarşı öhdəlikləri götürməyə təşviq edildilər. Hər bir uşaq “Söz verirəm" sertifikatını imzaladı, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə etdi. Bundan əlavə, onlar məlumatlandırıcı bukletlər və bilərziklər əldə etdilər.

“Söz verirəm” sosial kampaniyasının əsas məqsədi ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur. 

ACF “Bir məktəb bir klub” layihəsinin xətti ilə “Söz verirəm” kampaniyası çərçivəsində paytaxt Bakı və region məktəblərində görüşləri davam etdirəcəkdir.

06 noyabr, 2023
U-18 yeniyetmələrin Bakı şəhər birinciliyində 800-ə yaxın cüdoçu mübarizə aparacaq

7-9 noyabrda Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda Bakının 66 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 795 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

06 noyabr, 2023

Heç düşünmüşünüz niyə siz və övladınız məhz cüdo idman növü ilə məşğul olmalıdır? 

Beynəlxalq Cüdo Federasiyasının Uşaq Komissiyasının direktoru Ruben Houkesin təşəbbüsü ilə keçirilən araşdırma nəticəsində məlum olub ki, cüdo uşaqların fiziki və mənəvi sağlamlığına müsbət təsir göstərir.

Araşdırmanın nəticələrinə əsasən cüdo ilə məşğul olan uşaqların sosial davranışında da bir çox pozitiv dəyişikliklər müşahidə olunub: sosial narahatlıq, emosional problemlər və həmyaşıdlarla münaqişə xeyli azalıb.