01 fevral, 2023

Sabirabadda cüdo təlim mərkəzi istifadəyə verilib

Xəbər lenti
Nazim Umbayev Tbilisi Böyük Dəbilqə turnirində ədalət təmsilçiləri arasında yer aldı

24-27 martda Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.

Nazim Umbayev yarışda qadınlar arasında -52 kq. çəkidə final görüşünü və -70 kq. çəkidə bürünc medal uğrunda görüşü idarə edib.

27 mart, 2023
Azərbaycan cüdoçuları Bremen Beynəlxalq Masters turnirində birinci yeri tutdu

26 martda Almaniyanın Bremen şəhərində keçirilən gənclər arasında Beynəlxalq Masters turnirində Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Turnirdə 21 ölkəni, o cümlədən Yaponiya, Braziliya, Almaniya, Fransa və Niderlandı təmsil edən 700-ə yaxın idmançı iştirak edib. Azərbaycan yarışda cüdo üzrə gənclərdən ibarət milli yığma komandanın 17 üzvü ilə təmsil olunub. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edib.

Turnirdə Nicat Şirinov (-60 kq.) və Qadir Hüseynov (-73 kq.) qızıl medal, Aydın Rzayev (-66 kq.) gümüş medal, Əli Hacıyev isə (-60 kq.) bürünc medal qazanıb. 

Məmmədrza Hacızadə (-81 kq.) 5-ci yerdə, Əjdər Bağırov, Nihad Şıxəlizadə (-90 kq.), Atabala Niftəliyev, Tamerlan Cabbarov (-100 kq.) və Məhəmməd Məhəmmədzadə (+100 kq.) 7-ci yerdə qərarlaşıb.

Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 1-ci yeri tutub.

Qeyd edək ki, idmançılarımız 27-29 mart tarixlərində Bremendə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

26 mart, 2023
Azərbaycan cüdoçuları Tbilisi Böyük Dəbilqə turnirinin ilk günündə 2 medal əldə etdi

24 martda Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medal qazanıb.

Yarışın ilk günündə 5 çəki dərəcəsində 7 cüdoçumuz tatamiyə çıxıb. Kişilər arasında -60 kq. çəkidə mübarizə aparan cüdoçu Turan Bayramov qızıl medala sahib olub. Turan finalda Gürcüstan təmsilçisi Qiorqi Sardalaşviliyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınlar arasında -52 kq. çəki dərəcəsində Gültac Məmmədəliyeva bürünc medal qazanıb. Gültac bürünc medal uğrunda görüşdə çinli idmançı Yeqinq Junu məğlub edib.


24 mart, 2023

1 fevral 2023-cü ildə Sabirabad şəhərində cüdo təlim mərkəzinin istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib. İlk öncə, Sabirabad rayonu icra başçısının müavini Ceyran Xəlilova, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in baş katib Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev Sabirabad ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər mərkəzdə yaradılan şərait ilə tanış olublar.

Məlumat verilib ki, istifadəyə verilən cüdo təlim mərkəzi Sabirabadda cüdo idman növünün inkişafında mühüm rol oynayacaq. Yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 322 m2 təşkil edir. Təlim mərkəzində bir dojo (cüdo məşq zalı) və bir fiziki hazırlıq zonası var. Onların sahəsi müvafiq olaraq 160 m2 və 46 m2-dir. Cüdo məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub. Fiziki hazırlıq zonası cüdo idman növü üzrə fiziki hazırlıq məşğələləri üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib.

Təlim mərkəzində idmançılar üçün bütün zəruri şərait təmin edilib. Mərkəzdə məşqçi otağı, idmançılar üçün soyunub-geyinmə otaqları, duş və sanitar qovşaqlar mövcuddur. Həmçinin, təlim mərkəzi müasir isitmə sistemi ilə təmin edilib. Burada ay ərzində 200 nəfərə qədər uşaq, yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola biləcək..

ACF-in vitse-prezidenti Elnur Məmmədli bildirib ki, Sabirabadda yeni istifadəyə verilən cüdo təlim mərkəzi Sabirabad rayonunda cüdonun daha da kütləvləşdirilməsi, yeniyetmələrin və gənclərin fiziki və mənəvi tərbiyəsinə öz töhfəsini verməklə yanaşı, gələcəkdə milli yığmaların üzvü ola biləcək istedadlı idmançıların aşkarlanması baxımından da mühüm əhəmiyyət kəsb edir. Vitse-prezidentin sözlərinə görə, ACF bundan sonrada regionlarda yeni cüdo məşq zallarının inşasına və bərpasına xüsusi diqqət ayıracaq.

Tədbir günü Sabirabadan olan cüdoçular üçün Natiq Bağırov tərəfindən ustad dərsi keçirilib

Qeyd edək ki, regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi ACF-in müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir. İndiyə qədər Gəncədə, Ağstafada və Sabirabadda istifadəyə verilən cüdo zalları ilə yanaşı, hazırda Sumqayıt, Zaqatala və Qazax şəhərlərində də müvafiq zalların təmir-tikinti işləri həyata keçirilməkdədir. Həmçinin, son bir il müddətində ACF tərəfindən 40-dan artıq cüdo idman zalına 3000-ə yaxın cüdo tatamisi paylanılması reallaşdırılıb. Federasiya digər şəhər və regionlarda da maddi-texniki bazanın təkmilləşdirilməsi üçün 2023-cü il ərzində davamlı olaraq fəaliyyət göstərəcək.

Paylaş :

Xəbər lenti