23 noyabr, 2025

U-14 yeniyetmələr arasında Liqa yarışının IV turu başa çatıb

Xəbər lenti
2025-ci ildə 80 idman zalına 6000-dək tatami təhvil verilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) əsas fəaliyyət istiqamətlərindən biri regionlarda cüdonun inkişafı, eləcə də idman infrastrukturunun mərhələli şəkildə gücləndirilməsidir.

Bu məqsədlə ötən il ərzində ölkə üzrə 80 idman zalına ümumilikdə 6000-dək “Taishan” markalı tatami təhvil verilib.

Qeyd edək ki, 2022-ci ildən etibarən Bakı və regionları əhatə edən genişmiqyaslı dəstək çərçivəsində federasiya tərəfindən 179 idman zalına ümumilikdə 13 200 tatami paylanılıb.

Bununla paralel olaraq, 2022–2025-ci illərdə ACF tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib.

05 yanvar, 2026
Yeniyetmə qızlardan ibarət yığmanın üzvləri üçün sosial media təlimi keçirilib

Yeniyetmə qızlardan ibarət yığmanın üzvləri üçün sosial media təlimi keçirilib. 

Azərbaycan Cüdo Federasiyasının rəqəmsal marketinq üzrə aparıcı mütəxəssisi Elvin Əhmədin təqdimatında baş tutan təlimin məqsədi sosial mediada məsuliyyətli davranış, media qarşısında özünü doğru ifadə etmək və milli komandanın imicini qorumaq olub.

Təlim zamanı şəxsi hesabların idarə edilməsi, paylaşım mədəniyyəti, etik qaydalar, şərhlərə və tənqidə düzgün reaksiya, yanlış məlumatların yayılmasının qarşısının alınması, eləcə də federasiyanın kommunikasiya prinsiplərinə uyğun məzmun paylaşımı ilə bağlı tövsiyələr verilib.

Bundan əlavə, idmançının rəqəmsal imicinin karyera və komanda nüfuzuna təsiri barədə də fikir mübadiləsi aparılıb.

08 yanvar, 2026
Cüdoçularımız Avstriyanın Mitterzill şəhərində Olimpiya Təlim Düşərgəsindədir

Kişi və qadın cüdoçulardan ibarət Azərbaycan millisi Avstriyanın Mitterzill şəhərində Olimpiya Təlim Düşərgəsindədir.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışında idmançılarımıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif başçılıq edir.

Dünyanın ən böyük və nüfuzlu cüdo təlim düşərgəsinə 50 ölkədən 900-dən çox idmançı qatılıb. Toplanış yanvarın 14-də başa çatacaq.

09 yanvar, 2026

Noyabrın 23-də cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının IV turu başa çatıb. 

Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin son günündə daha 9 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

İki gün davam edən yarışda 88 klub və idman cəmiyyətindən 485 idmançı (392 oğlan, 93 qız) iştirak edib.

Qeyd edək ki, bu, U-14 Liqa yarışlarının son turu idi. Turnirin yekununda idmançıların reytinq siyahısı formalaşıb.


Son günün medalçılarını təqdim edirik:


Oğlanlar


-42 kq

1. Əli Qurbanlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Ayhan Musazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Raul Hüseynli (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

3. Sultan Hacıyev (Günəşli İK)


-50 kq

1. İmran Salahov (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)

2. Nicat Əliyev (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)

3. Məhərrəm Bayramlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

3. Eldar Xəlilov (Goranboy OİK)


-60 kq

1. Kənan İsmayılov (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

2. İsmayıl Şükürlü (Naxçıvan UGİM)

3. Fəxri Yusifov (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

3. Ayxan Hüseynov (FHN İSK)


-73 kq

1. Yusif Ağakişiyev (RKİM)

2. Nihat Məmmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Kərim Məmmədov (Ramana İM)

3. İbrahim Əliyev (Günəşli İK)


+73 kq

1. Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Tofiq Cumayev (Zaqatala UGİM)

3. Rəsul Qasımov (ACF)

3. Mixail Tarusov (Kanokan-TT İK)


Qızlar 


-40 kq

1. Zeynəb İsgəndərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

2. Fatimeyizəhraxanım Məmmədzadə (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

3. Nərgiz Fərzəliyeva (İsmayıllı RKİM)

3. Nuray Həsənli (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)


-48 kq

1. Mələk Vəliyeva (Qədiroğlu İK)

2. Aysel İsmayılova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. İlknur Rəhimli (Sumqayıt şəhəri İOEUGİM)

3. Fidan Heydərova (ACF)


-57 kq

1. Sunay Məcidova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Əfsanə Salmanlı (Ordu İdman Klubu)

3. Aysun Orucova (Kanokan-TT İK)

3. Zəhra Mədətzadə (Yevlax)


-70 kq

1. Aytac Rüstəmova (Goranboy UGİM)

2. Zeynəb Mehti (Turan İK)

3. Əsnad İlyasova (Lokomotiv İK)


Paylaş :

Xəbər lenti

...
Digər
Cüdoçular qış düşərgəsində şəhid övladları ilə görüşüblər

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi, həmçinin çempion cüdoçular Şabran rayonunda yeddinci “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinin iştirakçıları ilə görüşüblər.

Görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov, Olimpiya çempionu Hidayət Heydərov, Avropa çempionları Rüstəm Orucov və Orxan Səfərov, eləcə də digər rəsmi nümayəndələr iştirak ediblər.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunan tədbirdə çempionlar düşərgə iştirakçıları ilə səmimi söhbət aparıb, öz həyat və idman yoluna dair təcrübələrini bölüşüb, onları məqsədyönlü və əzmkar olmağa çağırıblar.

Görüş çərçivəsində düşərgə iştirakçısı olan yeniyetmə cüdoçu, Vətən Müharibəsi Qəhrəmanı, şəhid XTQ baş giziri Mehrab Niftəliyevin qızı, ölkə birinciliyinin mükafatçısı Ləman Niftəliyevaya çempion cüdoçular tərəfindən cüdoqi hədiyyə olunub. 

Sonda görüşün təşəbbüskarı olan “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov tərəfindən bütün düşərgə iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Shabran Wellbeing Resort” İstirahət və Sağlamlıq Mərkəzində Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri ilə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məktəbli övladlarının iştirakı ilə keçirilən düşərgə ərzində müxtəlif maarifləndirici təlimlər, intellektual oyunlar, mədəni və idman tədbirləri təşkil olunur. Düşərgənin ikinci mərhələsinin 2026-cı ilin yay aylarında Fransada keçirilməsi planlaşdırılır.

Ətraflı
...
Yerli turnirlər
U-14 Azərbaycan birinciliyində fərdi mübarizələr başa çatıb

Dekabrın 27-da 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi mübarizələr başa çatıb.

Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın üçüncü günündə son 6 çəkidə 129 idmançı tatamiyə çıxıb. 

Qızlar arasında -44 kq, -57 kq, +70 kq; oğlanlarda isə -46 kq, -60 kq və +73 kq çəki dərəcələrində mükfatçılar bəlli olub. 

Qeyd edək ki, ölkə birinciliyinə sabah komandalararası yarışla yekun vurulacaq.


Üçüncü günün medalçılarını təqdim edirik:


Qızlar

 

-44 kq

1. Ayla Məmmədli (AHİTA)

2. Fatimə Əli (Olp-Par Sumqayıt)

3. Səidə Səfərli (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

3. Nərmin Niftalızadə (Şuşa UGİM)


-57 kq

1. Arzu İmanzadə (RKİM)

2. Sunay Məcidova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Zəhra Mədətzadə (Yevlax UGİM)

3. Jalə Qocayeva (Olp-Par Sumqayıt)


+70 kq

1. Əsnad İlyasova (Lokomotiv İK)

2. Mina Cəbrayılzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)


Oğlanlar


-46 kq

1. Məhəmməd Səfərov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

2. Əli Qurbanlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Kamal Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Kənan Gəncəliyev (Zabrat İK)


-60 kq

1. Kənan İsmayılov (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

2. Rəfail Cahid Sərabi (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

3. Rəsul Rüstəmli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Timur Şulman (DİN İC)


+73 kq

1. Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Yusif Ağakişiyev (RKİM)

3. Şükran Vahabov (Quba CİK)

3. Mixail Tarusov (Kanokan-TT İK)

Ətraflı