26 yanvarda Portuqaliyanın Almada şəhərində Qran Pri turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycan milli yığma komandası yarışda 16 cüdoçu ilə təmsil olunacaq.
Turniri canlı olaraq live.ijf.org saytında izləyə bilərsiniz!
Qadınlar
-48 kq.
Leyla Əliyeva - Mariya Selia Labord (Amerika Birləşmiş Ştatları)
Könül Əliyeva - Keysi Perafan (Argentina)
-52 kq.
Gültac Məmmədəliyeva - Nandin-Erdene Myaqmarsuren (Monqolustan)
Aydan Vəliyeva - Ana Perez Boks (İspaniya)
-57 kq.
Fidan Əlizadə - Pleyun Kornelis (Niderland)
-63 kq.
Aytac Qardaşxanlı - Anya Obradoviç (Serbiya)
-70 kq.
Südabə Ağayeva - Maya Koqan (İsrail) / Ellen Froner (Braziliya) cütlüyünün qalibi
Kişilər
-60 kq.
Turan Bayramov - Xuan Ayala (Ekvador) / Tumiso Futeqo (Botsvana) görüşünün qalibi
Nazir Talıbov - Daniel Leutqeb (Avstriya)
-66 kq.
Yaşar Nəcəfov - Vail Ezzin (Əlcəzair) / Bruno Bento (Portuqaliya) cütlüyünün qalibi
-73 kq.
Vüsal Qələndərzadə - Samuel Qasner (Avstriya)
Nurlan Osmanov - Narkiso Matos (Mozambik)
-81 kq.
Rüstəm Orucov - Kel Berliner (Amerika Birləşmiş Ştatları)
Elcan Hacıyev - Semedo Klaudiano (Kabo-Verde) / Xikmatillox Turayev (Özbəkistan) görüşünün qalibi
-90 kq.
Vüqar Talıbov - Haruya Kayhori (Yaponiya)
+100 kq.
Camal Qamzatxanov - Stepan Heqyi (Avstriya)
İdmançılarımıza uğurlar arzulayırıq!