Gün
Saat
Dəqiqə
Saniyə
"CÜDO TV" təqdim edir: Kəramətdən bürünc medal

09-06-2021

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Kəramət Hüseynov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Nüfuzlu yarışda 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz iranlı Məhəmməd Raşnonzadə, Moldova təmsilçisi Nikolae Foca, Yaponiya idmançısı Ryuju Nagayamadan üstün olaraq 1/4 finala yüksəlib. Fransız Valid Xyara məğlub olan Kəramət təsəlliverici görüşdə Monqolustan təmsilçisi Unubold Lxagvajamtsa qalib gələrək bürünc medal uğrunda mübarizə aparıb. Qazaxıstan cüdoçusu Şamşadin Mağjxanı məğlub edən Kəramət Hüseynov dünya çempionatını üçüncü pillədə başa vurub və komandamıza ilk medalı qazandırıb. "Cüdo TV" idmançımızın görüşlərindən hazırladığı video materialı sizə təqdim edir