Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçularımız Şahdağda

11-06-2021

Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandasının üzvləri Qusarda təlim-məşq toplanışını davam etdirir.
Bu həftənin ilk günlərindən Şahdağda keçirilən hazırlıq prosesini Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi də yaxından izləyir. Toplanışın əsas məqsədi dağlıq iqlimdə fiziki hazırlığın yüksəldilməsidir. Millinin toplanışında hazırda Budapeştdə keçirilən dünya çempionatına qatılmayan cüdoçular iştirak edirlər. Rüstəm Orucov, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Uşangi Kokauri və digər cüdoçularımız məşqçi Elxan Məmmədovun nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirir.
Qeyd edək ki, cüdo üzrə yığmamız qarşıdan gələn mühüm yarışa - Tokio Olimpiya Oyunlarına - hazırlaşır. Dünya çempionatından qayıdacaq cüdoçularımız da yaxın günlərdə millimizin Şahdağ düşərgəsinə qoşulacaqlar.

Cüdoçularımız Şahdağda
Cüdoçularımız Şahdağda
Cüdoçularımız Şahdağda
Cüdoçularımız Şahdağda
Cüdoçularımız Şahdağda
Cüdoçularımız Şahdağda
Cüdoçularımız Şahdağda
Cüdoçularımız Şahdağda