Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçularımız Portuqaliyada daha iki medal qazanıblar

04-07-2021

Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku yarışına yekun vurulub. Beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları 2 bürünc medal qazanıblar. Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) Portuqaliya yarışlnı 3-cü yerdə başa vurublar. Beləliklə milli komandamız Avropa kubokunda 1 qızıl və 3 bürünc medal qazanıb. Yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl və Nəriman Mirzəyev (66 kq) bürünc medala layiq görülüb. Qeyd edək ki, Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışıb.