Gün
Saat
Dəqiqə
Saniyə
Cüdoçumuz Könül Əliyeva Avropa kubokunda gümüş medal qazanıb

18-07-2021

Çexiyanın Praqa şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışında Azərbaycanın gənclərdən ibarət milli komandası daha bir medal qazanıb. Qadınların yarışında 48 kq çəki dərəcəsində Könül Əliyeva gümüş medala sahib olub. Beləliklə milli komandamız Praqa turnirini 3 gümüş və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, qitə kubokunun ilk günü Qasım Vəlizadə və Rəşad Quluzadə gümüş, Nərmin Əmirli isə bürünc medal qazanıb. Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirində aktivinə 3 gümüş və 1 bürünc medal yazdırıb. Qeyd edək ki, Avropa kubokunda 33 ölkədən 383 cüdoçu yarışıb.