Gün
Saat
Dəqiqə
Saniyə
Sadıq Sadıqov Tokioda cüdoçularımızın məşqini izləyib

21-07-2021

İyulun 24-də Tokio Olimpiadasında cüdo yarışlarına start veriləcək. Azərbaycan cüdo tarixində ilk dəfə olaraq ölkəmiz olimpiya oyunlarında 9 cüdoçu ilə təmsil olunacaq. Artıq Yaponiya paytaxtında olan milli komandamızın üzvləri cüdonun mənbəyi Kodakanda məşq ediblər. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da milli komandamızın məşqini izləyib. Qeyd edək ki, cüdo yarışlarının püşkatma mərasimi iyulun 22-də Bakı vaxtı ilə saat 09:00-da keçiriləcək. Cüdoçularımızdan tatamiyə ilk olaraq Kəramət Hüseynov (-60 kq) və Aişə Qurbanlı (-48 kq) çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.