Gün
Saat
Dəqiqə
Saniyə
Olimpiya Oyunlarında cüdoçularımızın rəqibləri məlum oldu

22-07-2021

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarının püşkü atılıb. Milli komandamızın üzvlərinin də rəqibləri bəlli olub.

Kişilər

60 kq.

Kəramət Hüseynov - Eşli Makkenzi (Böyük Britaniya)

66 kq

Orxan Səfərov - Yerlan Serixjanov (Qazaxıstan)

73 kq

Rüstəm Orucov - Musa Moquşkov (İOC, Rusiya)

81 kq

Murad Fətiyev - Frederik Harris (Sierra Leone)

90 kq

Məmmədli Mehdiyev - Rafael. Maçedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi

100 kq

Zelim Kotsoyev - Aleksandr İddir (Fransa)

+100 kq

Uşangi Kokauri - Maciej Sarnacki (Polşa)

Qadınlar

48 kq

Aişə Qurbanlı - Katarina Kosta (Portuqaliya)

+78 kq

İrina Kindzerska - İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarına iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunur. Tatamiyə ilk olaraq Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 31-də yekunlaşacaq.