Gün
Saat
Dəqiqə
Saniyə
Yeni məşqçilər heyəti cüdo üzrə milli komandaya təqdim olunub

12-08-2021

Bu gün Bakı Olimpiya Stadionunda yerləşən Azərbaycan Cüdo Federasiyasının təlim-məşq zalında yeni təyin olunmuş məşqçilər heyəti kişilərdən ibarət milli komandanın üzvlərinə təqdim edilib. Azərbaycan Cüdo Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov təqdimat mərasimində çıxış edərək millinin heyətində gənc, perspektivli cüdoçuların çox olduğunu, eyni zamanda yeni məşqçilər heyətinin də kifayət qədər təcrübəli olduğunu söyləyib və bu səbəbdən komandada sağlam rəqabətin yaranacağına inandığını bildirib.
Kişilərdən ibarət millimizin sabiq baş məşqçisi Ruslan Maşurenko komanda ilə vidalaşıb. O, yeni məşqçilər heyətinə və cüdoçulara uğur diləyib.
Ardınca tanınmış cüdo mütəxəssisi, federasiyanın Daimi Fəaliyyət Komissiyasının sədri Ağayar Axundzadə çıxış edərək yeni məşqçilər heyətinə, komandaya bir ağsaqqal kimi öz xeyir-duasını verib, müvəffəqiyyət arzulayıb. Təcrübəli mütəxəssis cüdoçularımızın 2024-cü ildə Parisdə keçiriləcək növbəti Olimpiya Oyunlarında daha yaxşı nəticələr göstərəcəklərinə inandığını ifadə edib.

Sonra milli komandamızın yeni baş məşqçisi Mövlud Mirəliyev göstərilən etimada görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib və onlara bəslənən ümidi doğrultmaq üçün var gücləri ilə çalışacaqlarını söyləyib.

Təcrübəli cüdoçumuz, Avropa və dünya çempionatının mükafatçısı Nicat Şıxəlizadə peşəkar idmançı karyerasını başa vurduğuna görə, milli komandaya yeni kapitan seçilib. Avropa çempionu, iki dəfə dünya çempionatının gümüş medalçısı və Rio Olimpiadasının mükafatçısı Rüstəm Orucov bundan sonra kişilərdən ibarət milli komandanın kapitanı olacaq.

Təqdimat mərasimində federasiyanın baş katibi Elmar Babanlı və baş katibin müavini Elnur Əşrəfoğlu iştirak edib.

Xatırladaq ki, yeni məşqçilər heyətində Mövlud Mirəliyevlə yanaşı Elçin İsmayılov, Zaur Babayev, Elxan Rəcəbli, Şümşat Bəhramov və İlham Məmmədov yer alıb.