Gün
Saat
Dəqiqə
Saniyə
Azərbaycan cüdosunun tarixi zəfərləri davam edir

18-08-2021

Respublikamızda cüdo idman növünün zəngin ənənələrə malik olduğunu desək, yanılmarıq. Azərbaycan Cüdo Federasiyasının qarşısında duran prioritet məsələlərdən biri də bu ənənələrin davamlı olması və inkişaf etdirilməsi, eləcə də regionlarda, müxtəlif idman cəmiyyətlərində, klublarda bu növün kütləviliyinin artırılmasıdır. Federasiyanın dəstəyi ilə əksər bölgələrimizdə cüdo zalları yaradılır, standartlara cavab verən tatamilər düzülür, yeniyetmələrə kimanolar verilir, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunurlar. İstedadlı və bacarıqlı uşaqları üzə çıxarmaq üçün son illər ölkənin bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilir və burada uğur qazanan perspektivli yeniyetmələr Azərbaycan birinciliklərində mübarizələrini davam etdirirlər. Təbii ki, belə cüdoçularımız zaman-zaman beynəlxalq səviyyəli yarışlarda, mötəbər turnirlərdə də ölkəmizi layiqincə təmsil etməkdə və öz sözlərini deməkdədirlər.
Elə bugünlər Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa birinciliyində olduğu kimi. Otuz yeddi ölkənin idmançılarının qalib adı uğrunda mübarizə apardığı bu nüfuzlu yarışda yeniyetmə cüdoçularımız sözün həqiqi mənasında böyük əzmkarlıq nümayiş etdirdilər. Belə ki, Avropa birinciliyinə 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) ilə qatılan Azərbaycan millisi yarışın birinci günündə 3 qızıl (Xəyal Həsənov, İslam Rəhimov, Aydan Vəliyeva) 1 gümüş (Aydın Rzayev) və 2 bürünc medal (Babarəhim Mirzəyev, Zahir Ağazadə) qazandı və medalların həm əyarı, həm də sayına görə komanda hesabında birinci yeri tutdu. Vətənin bu qəhrəman övladlarının böyük uğuru sayəsində qitə birinciliyində bir gündə üç dəfə Azərbaycanın himni səsləndirildi. İnanırıq ki, qarşıdakı yarışlarda da təmsilçilərimiz bizlərə bu qüruru yaşatmaqda davam edəcəklər.
Təbii ki, qazanılan bu möhtəşəm qələbələrdə Azərbaycan Cüdo Federasiyasının idmançılarımıza göstərdiyi hər cür qayğı ilə yanaşı, yeniyetmələrdən ibarət milli komandamızın məşqçilər heyətinin zəhmətini də xüsusi qeyd etməliyik.
Qeyd edək ki, Ramiz Ramizzadənin rəhbərlik etdiyi yeniyetmə cüdoçuların yığmasında məşqçi vəzifəsində çalışan Zaur Babayev məhz bacarığı və peşəkarlığına görə bugünlərdə kişilərdən ibarət milli komandaya cəlb olunub. O, böyüklərdən ibarət milli komandaya köməkçi məşqçi təyin edilib.