Gün
Saat
Dəqiqə
Saniyə
Gənc cüdoçularımız Türkiyədə təlim-məşq toplantısında iştirak edirlər

24-08-2021

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin Samsun şəhərində beynəlxalq təlim-məşq toplantısında iştirak edir.
Samsun toplanışına perespektivli gənc cüdoçularımızla yanaşı qardaş Türkiyənin də milli komandasının üzvləri qatılıblar. Gənclərdən ibarət millinin üzvləri məşqçilər Şümşat Bəhramov və İlham Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək, gələcəkdə keçiriləcək mötəbər yarışlara hazırlaşırlar.
Qeyd edək ki, gənc cüdoçularımız sentyabrın 9-dan 12-dək Lüksemburqda keçiriləcək Avropa birinciliyində mübarizə aparacaqlar.