Gün
Saat
Dəqiqə
Saniyə
Paracüdoçularımız Tokio-2020-də 3 medal qazanıblar

27-08-2021

Yaponiyanın paytaxtı Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunları davam edir.

Azərbaycan paracüdoçuları bu gün ölkəmizə üç medal (2 qızıl, 1 bürünc) qazandırıblar.

Qırx səkkiz kiloqram çəki dərəcəsində çıxış edən qadın idmançımız Şahanə Hacıyeva yaponiyalı Şuzika Hanqai və rusiyalı Viktoriya Potapovaya qalib gələrək finala yüksəlib. O, həlledici qarşılaşmada Fransa idmançısı Sandrine Martinet üzərində qələbə qazanaraq Azərbaycana ilk qızıl medalı qazandırıb.

Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli birinci qarşılaşmada türkiyəli Recep Çiftçiyə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə rumıniyalı rəqibi Aleks Boloqanı məğlub edən cüdoçumuz finala vəsiqəni təmin edib. Vüqar Şirinli həlledici görüşdə qazaxıstanlı rəqibi Anuar Sarıyev üzərində qələbə qazanaraq paralimpiya çempionu olub.

 Cüdoçumuz  Namiq Abbaslı (66 kq) ilk görüşdə ispaniyalı Bannon İbanesə məğlub olub. Rəqib finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Puerto-Riko təmsilçisi Luis Labdiel Perezi və rusiyalı Viktor Rudenkonu üstələyən Namiq Abbaslı üçüncü yer uğrunda görüşdə Ukrayna idmançısı David Xoravaya qalib gəlib və bürünc medala layiq görülüb.

Xatırladaq ki, Tokio Paralimpiadasında ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir.

Qeyd edək ki, XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.